İnsanlara hürriyət, millətlərə istiqlal!

Kompüteri “donduran” İLGİNC SƏBƏB - Bu yazını MÜTLƏQ OXUYUN! 

1180 22.11.2025 16:59 Texnologiya A A

Siqaret tüstüsü ilə birlikdə havaya yayılan qatran və digər maddələr yalnız sağlamlıq üçün deyil, kompüterə də təhlükə yaradır.

Musavat.com xəbər verir ki, xarici mühitdən daxil olan bu qatran hissəcikləri kompüterin içinə nüfuz edərək onun komponentlərində yığılır.

Vaxt keçdikcə qatranın üzərinə toz və havadakı digər xırda hissəciklər yapışır. Nəticədə daxili detallarda çirk toplanması sürətlə artır; ventilyatorların fırlanmasına mane olur və sistemin həddindən artıq qızmasına səbəb olur; hərarət artdığı üçün kompüter yüklənir, proqramlar gec açılır və “donma” hallarının sayı çoxalır.

Həmçinin, kompüterin içindəki bəzi xırda və həssas detallar təmizləmə zamanı asanlıqla zədələnə bilər.

Siqaret tüstüsü elektronika üçün ən təhlükəli mənbələrdən biridir. Qatranlı hava uzun müddət kompüterin içində qaldıqda cihazın sıradan çıxmasına belə gətirib çıxara bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR