İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə səfirliyimizin bir addımlığına düşən raketlər - Bakının etirazı nə olacaq?

462 27.06.2022 14:09 Gündəm A A

Hərbi ekspert: “Bu, qəti olaraq hərbi cinayətdir”

Rusiyanın Kiyevə atdığı uzaqmənzilli raketlərdən bir neçəsi Azərbaycan səfirliyinin cəmi bir neçə metrliyində partlayıb.

Xoşbəxtlikdən əməkdaşlar arasında ölüm-itim olmasa da, binaya ciddi ziyan dəyib, divarlarda yeni çatlar əmələ gəlib. Çünki bu artıq ikinci belə hadisədir.

Azərbaycan tərəfi bununla bağlı Rusiyaya hansısa etiraz bildirəcəkmi, bildirməlidirmi?

Bütün hallarda səfirlik binası beynəlxalq hüquqa əsasən həmin ölkənin ərazisi sayılır. Bir də ki, Rusiya raketləri niyə bu qədər qeyri-dəqiq yerlərə, mülki obyektlərin üzərinə və ya yanına düşür?

Tanınmış hərbi ekspert adını dəyişdi: Ruslan - Alp Arslan oldu!

Hərbi ekspert Alp Arslan İmamqulu “Yeni Müsavat”a deyib ki, uzaqvuran raketlər mülki obyektlərə düşürsə, xüsusən də səfərliklərin binası ətrafına düşüb zərər verirsə, burada hərbi cinayət var: “Heç bir halda “bu səhvən olub” deyilə bilməz. Çünki uzaqvuran raketlərin təyinatı dəqiqliyi ilə fərqlənir. Məhz bu cür uzaqmənzilli raketlərin istifadəyə verilməsində məqsəd onların dəqiq olaraq hədəfi vurmasıdır. Rusiya bu silahları hədəfi dəqiq vurmasını qabartmaqla, bu məqamı təminat və zəmanət verməklə satır”.

Hərbi ekspert deyir ki, Ukraynadakı Azərbaycan səfiriliyi ətrafına atılan raketlərin yalnışlıqla o əraziyə düşməsi inandırıcı deyil: “Bu, qəti olaraq hərbi cinayətdir. Qəsdən törədilmiş bir cinayətdir. Ukraynadakı səfirlik binası və ərazisi Azərbaycan dövlətinin ərazisi hasab edilir. O əraziyə, ərazidəki binalara ziyan vurmaq Rusiyanın Azərbaycana qarşı hərbi cinayəti hesab edilməlidir. Bu cür addımalr beynəlxalq hüquq normalarına ziddir”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR