İnsanlara hürriyət, millətlərə istiqlal!

Kılıçdaroğlunun partiyasından “erməni soyqırımı” paylaşımı

1672 26.04.2023 11:05 Gündəm A A

CHP-nin İstanbul təşkilatının rəhbəri Canan Kaftancıoğlu sosial mediada yenidən gündəm oldu

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının İstanbul təşkilatının başçısı Canan Kaftancıoğlunun qondarma erməni soyqırımını dəstəkləməsi ilə bağlı paylaşımı sosial mediada yenidən gündəm olub. Sabah.com xəbər verir ki, o, sözügedən paylaşımı 24 aprel 2013-cü ildə Twitter-də edib. Kaftancıoğlu paylaşımında qondarma erməni soyqırımından bəhs edərək “23 apreldən sonrakı gün hansıdır? Bilmək istəməyənlər üçün ipucu: 1915" deyə yazıb. Saxta erməni soyqırımının növbəti ildönümünün keçirildiyi bugünlərdə CHP yetkilisinin bu sözlərini xatırladan Türkiyə mediası onu qınayıb.

Qeyd olunur ki, hər il ermənilərin təşəbbüsü ilə qondarma erməni soyqırımı ilə bağlı bir çox ölkələrdə “anım” tədbirləri keçirilir: “Türkiyə tarixi sənədlərin işığında haqq işini davam etdirir. Lakin Canan Kaftancıoğlu qondarma soyqırımı qanuniləşdirmək üçün indiyədək çoxlu belə açıqlamalar verib”.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bu şəxsi bir türk düşməni adlandırdı: “Əvvəla, onu deyim ki, saxta erməni soyqırımı günü böyük yalan günüdür. Hər il 24 apreldə ermənilər qondarma soyqırımlarını qeyd edirlər. Əslində isə ötən əsrin əvvəllərində - Birinci Dünya savaşında Şərqi Anadolu, Cənubi Qafqaz və Türküstanda silahlı erməni çeteləri tərəfindən türklər, kürdlər və digər müsəlman xalqlarına qarşı qətliamlar törədilib. Ermənilər onlara qapılarını açan, əsrlərdir yaşadığı, özü də çox yaxşı yaşadığı ölkələri Osmanlı-İslam Xilafətinə qarşı xəyanət ediblər, xaincəsinə arxadan zərbə endiriblər. Ermənilər dövlətləri olan Osmanlı-Türk imperatorluğunun müharibə apardığı ölkələrin tərəfinə keçiblər və buna haqlı cavab olaraq da yaşadığı yerlərdən köçürülüblər. Osmanlı-Türk-İslam dövlətində bir neçə min il yaşamalarına rəğmən guya bir neçə milyon erməni qırılıb. Bu böyük yalanın arxasında xristian dünyası dayanıb. Özünü sivil-təhsilli hesab edən Qərb əslində bu böyük yalanın memarıdır. ABŞ, Kontinental Avropanın əksər, Latın Amerikasının isə bəzi ölkələri, Rusiya və İran özlərini erməni xalqı adlandıran, əslində isə Hindistandan gələn bu qaraçı tayfasından maşa kimi Türk-İslam dünyasına qarşı hələ də istifadə etməkdə davam edirlər. 20-ci əsrin əvvəlində ermənilərin Xocalıda törətdikləri qətliam, Hindistandan Anadolu və Qafqaza gələn bu qaraçı tayfasının əsl mahiyyətini, simasını ortaya qoymuş oldu. Türkə çəng meydanında həmişə boyun əyən haylar ancaq qoca, qadın, uşaq qarşısında öz ”gücünü" göstərə bilib. Bu qansız məxluqatları yenidən Hindistana göndərib tarixi ədaləti bərpa etmək lazımdır. Çünki erməni Qafqazda qaldıqca yalan, fitnə, qan dayanmayacaq, baş alıb gedəcək. O ki qaldı CHP-nin əsas fiqurlarından birinə, səhv etmirəmsə, həmin partiyanın İstanbul şəhər təşkilatı başqanı olan Kaftançıoğluna, o, bir türk düşmənidir, onun bu cür açıqlamalarına qətiyyən təəcüblənmək olmaz. CHP-də belə insanlar niyə yüksək məqamlarda yer alır, artıq buna da təəccüblənmək lazım deyil. İkinci Qarabağ savaşında həmin o Canan deyildi ki, ermənilər kimi deyən ki, Qarabağda Suriyadan yaraqlılar vuruşur. İndi bir andaca düşünün belə antimilli ünsürlər qardaş ölkə Türkiyədə hakimiyyətə gəlir?!! Bu, Azərbaycan və Türkiyə üçün böyük bir faciə olar. Allah qorusun! Ona görə mən yenə deyirəm və bu sözümün üstündə dururam. Ərdoğanın Azərbaycanda udmasını istəməyənlər ya sarsaqdır, ya da xain! Tarixə nəzər salsaq görərik ki, CHP və bu zehniyyət nə vaxt Türkiyədə iqtidarda olub, həm qardaş ölkə,  həm də biz Azərbaycan xalqı olaraq bundan böyük əziyyətlər çəkmişik. Bunu mən demirəm, tarix deyir! Necə deyərlər, keçmişindən nəticə çıxarmayanın gələcəyi də olmaz. Hamımızın Türkiyə, Azərbaycan, bütövlükdə bütün Türk-İslam dünyasının işıqlı gələcəyimiz naminə Ərdoğan və komandası gələn prezident və parlament seçkilərində qalib gəlməlidir".

Qoca Baydenin yeni sayıqlaması - “Dağlıq Qarabağ xalqı”...

Şəhla Cəlilzadə

Sosial Tədqiqatlar Mərkəzinin eksperti, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bu ehtimalı olduqca zəif sayır: ""Erməni soyqırımı" iddiası tarixi faktlarla təsdiqini tapmayan, müxtəlif qlobal güclər tərəfindən zaman-zaman Türkiyəyə qarşı təzyiq vasitəsi olaraq istifadə edilən geosiyasi oyunun məhsuludur. 24 aprel 1965-ci ildə 1915-ci il hadisələrinin 50 illik anım tədbirləri çərçivəsində SSRİ rəhbərliyinin qərarı ilə ilk dəfə İrəvanda, yəni Ermənistan SSR-də insanlar küçələrə axışaraq “Torpaqlarımızı geri qaytarın!”, “Soyqırımı tanıyın!” şüarları ilə mitinqlər keçirdi. Sovet mərkəzi idarəçilik aparatının izni olmadan ittifaq ərazisində quş uçurulmadığı nəzərə alınarsa, bu tədbirlər SSRİ ali rəhbərliyinin istəyi və razılığı ilə baş tutmuşdu. O zaman Ermənistan SSR KPMK birinci katibi Yakov Zorabyan mitinqdə soyqırım iddiasının qaldırılması ilə bağlı Kremlin razılığını almışdısa da, icazə bir şərtlə verilmişdi - ərazi iddiası qaldırılmamalı idi. Belə ki, SSRİ və Türkiyə arasında 1953-cü ildə imzalanan müqavilə ilə Sovet hökuməti Türkiyəyə ərazi iddialarından birdəfəlik imtina edib. Lakin ermənilər hər zaman olduğu kimi, vədlərinə əməl etməyiblər. Odur ki, növbəti illərdə İrəvanda “soyqırım” anım tədbiri baş tutmadı. Bunun səbəbi 1965-ci ildə Türkiyə xarici siyasətində ciddi dönüşlərin yaşanması idi. 1965-ci ildə hakimiyyətə gələn Dəmirəl hökuməti Türkiyəni ABŞ-a təktərəfli bağlılıqdan qopararaq sovetlərlə münasibəti yaxşılaşdırdığı üçün bundan sonra Türkiyəyə “soyqırım silahı” ilə hücum daha çox Qərbdən gəlməyə başladı. SSRİ dağılma ərəfəsində gələcək Rusiya Türkiyəyə təzyiq vasitəsini qoruya bilmək üçün Ermənistan SSR-də formal olaraq 24 aprel “anım günü” olaraq qəbul edildi. Bu günədək saxta soyqırımla bağlı ən yüksək tanınma 2021-ci ildə ABŞ Prezidenti Co Bayden tərəfindən olub. Və təbii ki, ermənilərin “bacısı” Fransa, “qardaşı” İranın bu məsələdə həssasiyyətləri göz önündədir. Təsadüfi deyil ki, qlobal alət olduqlarının fərqində belə olmayan ermənilərin “soyqırım yürüşü” son illərdə məhz ABŞ-da, Fransada və İranda baş tutur. Bunlar hazırda Türkiyəyə rəqib və düşmən gözü ilə baxan dövlətlərdir. Ötən gün Tehranda “erməni soyqırımı”nın “ildönümü” ilə bağlı yürüşün keçirilməsi də İran-Ermənistan “qardaşlığının” faktiki göstəricisidir.

O ki qaldı Türkiyənin özündə saxta soyqırım iddiasının tanınmasına, bu, yalnız Türkiyədə milli hakimiyyətin itirilməsi halında baş tuta bilər. Bunun baş verməsi üçün AKP-yə ən ciddi rəqib olan CHP tərkibində qeyri-milli ünsürlər yer alır. Onlar TBMM-də millətvəkili postuna gətirilir. Təsadüfi deyil ki, ötən il (qondarma iddianın 107-ci il dönümündə) daha bir CHP millət vəkili Sezgin Tanrıkulu “soyqırım”a xitabən “Kötülüğün miladı ile bağlı olan bu tarihle yüzleşmeden gerçek adalet sağlanamaz” ifadələrini sosial mediada paylaşdığı üçün “Türk millətini təhqir etmək” maddəsi ilə haqqında soruşturma başladılmışdı. Bənzər soruşturma Kaftancıoğlu haqqında da başladıla bilər. Gələcəkdə, lap 100 il sonra da Türkiyədə hakimiyyətə CHP də gəlsə, AKP də gəlsə, qondarma “soyqırımı” tanıyacaqlarını düşünmürəm".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR