İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəşfiyyat zabitinin qətlində şübhəli bilinərək həbs edildi - VİDEO

832 09.07.2026 15:01 Dünya A A

Kiyev şəhərinin Peçersk rayon məhkəməsi iyulun 9-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) əməkdaşı Vladislav Reutu həbs edib.

Musavat.com xəbər verir ki, o, 39 yaşlı Anastasiya Berezovskayanın qətlində şübhəli bilinir. Məhkəmə qərarı ilə ona qarşı girov hüququ olmadan 60 günlük həbs-qətimkan tədbiri seçilib.

İstintaqın məlumatına görə, Berezovskaya iyulun sonunda Monakoda ukraynalı biznesmen Vadim Yermolayevə qarşı sui-qəsd cəhdində (partlayışın təşkilində) əsas şübhəli şəxs qismində İnterpol tərəfindən axtarışda olub. Hadisədən sonra Ukraynaya qayıdan qadının cəsədi iyulun 6-da basdırılmış vəziyyətdə aşkar edilib. İlkin məlumatlara görə, o, iyulun 3-ü və ya 4-də güllələnərək öldürülüb.

Qətldə Vladislav Reutla yanaşı, keçmiş hüquq-mühafizə orqanı əməkdaşı Vitali Jikoviç də şübhəli bilinir. Məhkəmədə ifadə verən Reut cinayəti planlaşdırmadığını iddia edib. Onun sözlərinə görə, Jikoviç onu inandırıb ki, Berezovskayanın həyatına üçüncü şəxslər tərəfindən təhlükə var və qadını "gizlətmək" lazımdır.

Qeyd edək ki, Baş Kəşfiyyat İdarəsi (GUR) hadisə ilə bağlı açıqlamasında istintaqla tam əməkdaşlıq etdiklərini və cinayətin hərtərəfli araşdırılmasında maraqlı olduqlarını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR