İnsanlara hürriyət, millətlərə istiqlal!

Karakasın yaman gününün fotosu – Ağ çadırda bəxtiqara insanlar

1104 29.06.2026 21:35 Foto fakt A A

Məmləkət insanına tanış gələ biləcək bu foto uzaq Venesuelada çəkilib. Ana və övladı bir günün içində çadır sakini olublar.

Amma bu dəfə insanları çadırlara sığınmağa məcbur edən hadisə qonşu ölkənin hücumu, soyqırım törətmək niyyəti deyil, təbii fəlakətdir.

Bildiyiniz kimi, Venesuelada dəhşətli zəlzələ olub, tikililər dağılıb, 1400-dən artıq insan ölüb.

Könüllü xilasedicilər bir ucdan dağıntılar altından meyit çıxarırlar.

Cəsədlər motosikletlərdə, avtomobillərin salonlarında və ya pikapların yük yerlərində tapılır. Zəlzələ anında kimi haranı təhlükəsiz hesab edirsə, ora sığınıb və əcələ yaxalanıb.

karakas.JPG (54 KB)

Bəxti gətirənlər isə bu, gördüyünüz durumdadırlar. Onlar evsiz-eşiksiz, küçələdə qalıblar.

Hələ yaxşı ki, Venesuela isti yerdir və hazırda yay fəslidir. Bir də qış və şimal ölkəsi olsaydı, bu çadırlara sığınanların halı necə olardı.

İllərdən bəridir onsuz da iqtisadi tənəzzüldə olan, böyük maddi sıxıntılar içində çabalayan, bu ilin əvvəlində isə ölkə prezidentinin gecəylə ABŞ kommandosları təfəindən yatağından götürülməsiylə siyasi kollapsa girən ölkə bu dağıdıcı zəlzələnin nəticələrini kənar kömək olmadan aradan qaldıra bilməyəcək.

Yalnız beynəlxalq humanitar təşkilatların, qonşu və qardaş ölkələrin yardımı ilə Karakas bu vəziyyətdən çıxa bilər.

Atalar düz deyirmiş: “Kasıbı əqrəb dəvənin üstündə də çalar”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR