İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadanın nasist Hunkanın Rusiyaya ekstradisiyası tələbini şərh etmir

409 10.02.2024 11:15 Dünya A A

Kanadanın Ədliyyə Departamenti Rusiya prokurorlarının 98 yaşlı ukraynalı nasist Yaroslav Hunkanın ekstradisiyası tələbini şərh etməkdən imtina edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, b barədə departamentin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, apellyasiya şikayəti məhkəmə qərarı çıxana qədər məxfidir.

"Ekstradisiya sorğuları məxfi dövlətlərarası əlaqə hesab olunur, ona görə də biz ekstradisiya sorğusunun mövcudluğu barədə şərh verə bilmərik", - sözçüsü Ian MacLeod izah edib.

Bundan əvvəl Kanadanın baş naziri Castin Trüdo Rusiya prezidenti Vladimir Putinin jurnalist Taker Karlsona müsahibəsində ukraynalı nasist Yaroslav Hunkanı Kanada parlamentinə dəvət etməsini Rusiya təbliğatının elementi adlandırmışdı.

Trüdonun sözlərinə görə, Kanada Ukraynanı təkcə dostluq əlaqələrinə görə deyil, həm də ona görə dəstəkləyir ki, qaydalar, qanunlar sistemi və BMT nizamnaməsi təkcə ukraynalıları deyil, hamını qoruyur. O, Kanadanın lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcəyini vurğulayıb.

Adı çəkilən Y.Hunka II dünya müharibəsində Almaniyanın SS hərbi birləşməsinin döyüşçüsü olub. Onun hərbi cinayətlərdə iştirak etdiyi bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR