İnsanlara hürriyət, millətlərə istiqlal!

“KAMRANLA 1” – Kamran Həsənli ilə Zəlimxan Məmmədli gündəmi müzakirə edir

478 27.06.2022 15:40 Gündəm A A

Ukraynada hərbi vəziyyət çox çətin olaraq qalır, amma ukraynalılar Rusiyanın hücumlarına qarşı döyüşürlər.

Bunu Böyük Britaniyanın Baş naziri Boris Conson Almaniyada keçirilən G7 ölkələrinin sammitində deyib. “Ölkənin şərqində və cənub-şərqində vəziyyət çox çətin olaraq qalır, amma ukraynalılar (Rusiya qüvvələrini) geri oturtmağa və hərbi vəziyyəti dəyişməyə dair inanılmaz qabiliyyətə malik olduqlarını göstəriblər”, - Conson bildirib.

Conson vurğulayıb ki, G7 liderləri arasında “Ukrayna yorğunluğu” yoxdur və ölkələr Kiyevin Rusiyaya qarşı dəstəklənməsinə sadiqdirlər.

Baş nazir G7 ölkələri arasında bu məsələ ilə əlaqədar hələ də birlik olduğunu qeyd edib.

Rusiya-Ukrayna müharibəsində son durum, prezident İlham Əliyevin dünyaya verdiyi son mesajlar və gündəmdəki bir çox məqamlar bu gün “Kamranla 1” verilişində aparıcı Kamran Həsənli ilə Borçalı Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR