İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovun oğlunun vəziyyəti ağırdır: Adəm Kadırovun huşsuz halda xəstəxanaya yerləşdirildiyi bildirilir

1245 16.01.2026 22:09 Dünya A A

Musavat.com xəbər verir ki, Çeçenistanda yüksək təhlükəsizlik tədbirlərinin tətbiq olunmasına səbəb olan insidentlə bağlı yeni detallar yayılıb.

Məlumata görə, Çeçenistan rəhbəri Ramzan Kadırovun 18 yaşlı oğlu Adəm Kadırov huşunu itirmiş vəziyyətdə Qroznı şəhərində yerləşən Respublika Xəstəxanasına aparılıb. Bu barədə Kavkaz.Realii nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

Hadisədən dərhal sonra tibb müəssisəsinə aparan yollar hüquq-mühafizə orqanları tərəfindən tam bağlanıb, ərazi gücləndirilmiş nəzarətə götürülüb.

Rəsmi qurumlar və Kadırov ailəsi tərəfindən məsələ ilə bağlı hələlik hər hansı açıqlama verilməyib. Adəm Kadırovun səhhətindəki problemin səbəbi və hazırkı durumu barədə dəqiq məlumat yoxdur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR