İnsanlara hürriyət, millətlərə istiqlal!

Japarovun ABŞ-dan xahişi: “Daxili işlərimizə qarışmayın”

510 12.02.2024 11:27 Dünya A A

Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ və digər ölkələri respublikanın daxili işlərinə qarışmamağa, orada gedən prosesləri obyektiv qiymətləndirməyə çağırıb.

Musavat.com xarivi mediaya istinadla xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat katibi Askat Alagozovun verdiyi məlumata görə, ABŞ dövlət katibi Antoni Blinkenə göndərdiyi cavab məktubunda bildirilib.

“Vurğulamaq istəyirəm ki, biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazırıq. Mənim yeganə xahişim ölkəmizin daxili işlərinə qarışmamaqdır”, - S.Japarov yazıb.

Bundan əvvəl Blinken Qırğızıstan rəhbərinə mesaj göndərərək, o, ölkədə qeyri-hökumət təşkilatları (QHT-lər) haqqında qanuna baxılmasından narahatlığını ifadə edib. Dövlət katibinin fikrincə, . bu qanunun qəbulu ölkədə vətəndaş cəmiyyətinin vəziyyətinə mənfi təsir göstərəcək.

Sözügedən qanun layihəsi hazırda Qırğızıstan parlamentində müzakirə olunur.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR