İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya hərbi gəmilərini Hörmüzə göndərir-Müdafiə nazirindən sensasion bəyanat

610 13.05.2026 13:22 Dünya A A

Fars körfəzi və Hörmüz boğazı ətrafında hərbi hərəkətlilik yeni müstəviyə keçir.

Musavat.com xəbər verir ki, İtaliya Müdafiə Nazirliyi ölkənin iki mina təmizləyən gəmisini (tralşiklərini) bölgəyə daha yaxın mövqelərə köçürmək barədə qərar qəbul edib.

İtaliyanın müdafiə naziri Qvido Krozetto parlamentdəki çıxışı zamanı bildirib ki, bu addım regionda təhlükəsizliyin təmin olunması istiqamətində "ehtiyat tədbiri" xarakteri daşıyır. Nazirin sözlərinə görə, gəmilər ilk mərhələdə Şərqi Aralıq dənizində, daha sonra isə Qırmızı dənizdə yerləşdiriləcək.

Bununla belə, Krozetto vurğulayıb ki, İtaliya bu hərbi texnikanı beynəlxalq missiyanın tərkibinə yalnız bölgədə "real, etibarlı və sabit atəşkəs" əldə olunduğu təqdirdə cəlb edəcək.

Hörmüz boğazında hər hansı birbaşa hərbi yerləşdirmənin isə mütləq şəkildə parlament tərəfindən təsdiqlənməsi tələb olunur. Roma bu manevrlə regiondakı enerji tranzitinin təhlükəsizliyinə dəstək verməyə hazır olduğunu nümayiş etdirir, lakin eyni zamanda münaqişəyə birbaşa cəlb olunmaqdan çəkinir.

Ekspertlər hesab edirlər ki, İtaliyanın bu addımı beynəlxalq koalisiya qüvvələrinin Hörmüz boğazındakı blokadanı yarmaq və dəniz yollarını minalardan təmizləmək hazırlığının bir hissəsidir. Hazırda İtaliya donanmasının hərəkət istiqaməti və gələcək missiyasının detalları həm müttəfiqlər, həm də regional güclər tərəfindən yaxından izlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR