İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin Livana hava zərbələri: 31 ölü, 149 yaralı

711 02.03.2026 09:49 Son xəbər A A

Livanın Səhiyyə Nazirliyi İsrailin ölkə ərazisinə endirdiyi hava zərbələri nəticəsində ölən və yaralananların sayı ilə bağlı ilkin məlumat yayıb.

Musavat.com xəbər verir ki, Nazirliyin açıqlamasına görə, hücumlar nəticəsində azı 31 nəfər həyatını itirib, 149 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların bir qisminin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin hansı bölgələrdə baş verdiyi və hücumların konkret hədəfləri ilə bağlı hələlik ətraflı məlumat verilməyib. Rəsmi qurumlar dağıntıların miqyasının və itkilərin dəqiqləşdirilməsi istiqamətində işlərin davam etdiyini açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR