Qüdsdəki Erməni Patriarxlığı İsrail parlamenti Knessetin qondarma erməni soyqırımı ilə bağlı qətnamə məsələsinə dair qərarından narahat olduğunu açıqlayıb və bununla bağlı rəsmi bəyanat yayıb.
Musavat.com xəbər verir ki, Patriarxlığın yaydığı bəyanatda Knessetin gündəliyinə çıxarılan məsələlərin İsrail dövlətinin suveren məsuliyyəti altında qalmalı olduğu bildirilib.
Bəyanatda saxta şəkildə bildirilib ki, Azərbaycanın guya Qarabağdan 120 mindən çox erməni-xristianın məcburi köçürülməsinə görə məsuliyyət daşıyır və bu amilin Knessetin müzakirə edəcəyi məsələlərə təsir göstərə biləcəyi irəli sürülüb.
Patriarxlıq həmçinin bəyan edib ki, onların mövqeyinə görə qondarma erməni soyqırımı siyasi şəraitdən asılı olmayan və tarixi sənədlərdə öz əksini tapmış dəyişməz tarixi fakt hesab olunur.
Musavat.com






