İnsanlara hürriyət, millətlərə istiqlal!

"Real Madrid"in prezidenti Vinisiusa qiymət qoydu

647 26.07.2026 20:35 İdman A A

"Real Madrid" klubunun prezidenti Florentino Peres cinah hücumçusu Vinisius Juniorun transfer qiymətini müəyyənləşdirib.

Bu barədə Sport.es nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, Vinisiusun "Real Madrid" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər davam etsə də, klub rəhbərliyi futbolçunu 160 milyon avrodan aşağı məbləğə satmağı nəzərdən keçirmir.

Bildirilir ki, 160 milyon avrodan aşağı təklif daxil olacağı təqdirdə "kral klubu" hətta danışıqlara belə başlamayacaq. Qeyd olunur ki, bu qiymət müəyyənləşdirilərkən Vinisiusun məhsuldarlığı və Madrid təmsilçisinin heyətində qazandığı titullara verdiyi töhfə nəzərə alınıb.

Mənbə həmçinin "Arsenal"ın braziliyalı futbolçu ilə maraqlandığını təsdiqləyib. Bununla belə, tərəflər arasında hələlik heç bir rəsmi danışığın aparılmadığı bildirilir. "Topçular" yalnız Vinisiusun "Real Madrid" ilə müqaviləsini yeniləməyəcəyi dəqiqləşərsə, transfer istiqamətində daha fəal addımlar atacaqlar. (Oxu.Az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR