İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəşfiyyatçılar danışdı – yadplanetlilərlə bağlı gizli proqrama 1 trilyon dollar

924 26.07.2026 22:35 Dünya A A

ABŞ-də keçmiş dövlət rəsmiləri, hərbçilər və kəşfiyyat əməkdaşlarının açıqlamaları yenidən UNO-larla bağlı müzakirələri gündəmə gətirib.

Musavat.com xəbər verir ki, 2025-ci ilin sonunda Amazon Prime Video platformasında yayımlanan "The Age of Disclosure" ("İfşa dövrü") sənədli filmində ABŞ-də 1940-cı illərdən bəri yerdənkənar mənşəli obyektlərin araşdırılması ilə bağlı gizli proqramın fəaliyyət göstərdiyi bildirilir.

Filmdə çıxış edən keçmiş dövlət rəsmiləri, hərbçilər və kəşfiyyat əməkdaşları qeyd edirlər ki, proqramda müxtəlif dövlət qurumlarından minlərlə insan iştirak edib, maliyyələşmə isə parlament nəzarətindən kənar həyata keçirilib. Onların sözlərinə görə, layihəyə ümumilikdə ən azı 1 trilyon dollar vəsait xərclənib.

Sənədli filmin müəlliflərinin fikrincə, proqram uzun illər məxfi saxlanılıb. Filmdə bildirilir ki, iştirakçılara məlumatları açıqlayacaqları təqdirdə karyeralarını və nüfuzlarını itirə biləcəkləri barədə xəbərdarlıq edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR