İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Baltik səmasına girir – qırıcılar 24 saat döyüş növbəsində

226 27.07.2026 03:23 Dünya A A

Türkiyə NATO-nun Baltik hava məkanının mühafizəsi missiyası çərçivəsində döyüş təyyarələrini Estoniyaya göndərir. Musavat.com xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Məlumata görə, Türkiyənin F-16 qırıcıları avqustdan noyabr ayınadək Baltik ölkələrinin hava məkanında 24 saat fasiləsiz döyüş növbətçiliyi aparacaq.

Qeyd olunur ki, qırıcılar Estoniyanın Emari aviabazasında yerləşdiriləcək. Kontingentin tərkibinə 181-ci "Panter" reaktiv eskadrilyasının beş F-16 qırıcısı və 76 hərbi qulluqçusu daxildir.

Bildirilib ki, qırıcılar gecə-gündüz tam döyüş hazırlığında saxlanılacaq və hava məkanının pozulması, eləcə də naməlum hava hədəflərinin aşkarlanması zamanı dərhal reaksiya verəcəklər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR