İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiyaya üç istiqamətdən təzyiq – Hindistan, Azərbaycan və Botsvana hərəkətə keçdi"

308 27.07.2026 00:52 Dünya A A

Son günlər Hindistan, Azərbaycan və Botsvananın Rusiya ilə bağlı addımları diqqət çəkib.

Musavat.com xəbər verir ki, Ukrayna mətbuatının Ukrayna Xarici Kəşfiyyat Xidmətinə (SVR) istinadən yaydığı məlumata görə, son on gün ərzində Hindistan, Azərbaycan və Botsvana Rusiyaya qarşı açıq etirazlarla çıxış ediblər.

Məlumata görə, Hindistan Rusiyanın Odessa yaxınlığında MV Golden Leo yük gəmisinə endirdiyi zərbədən sonra etiraz notası təqdim edib. Hücum nəticəsində dörd Hindistan vətəndaşının öldüyü bildirilir.

Azərbaycan isə Nikolayev vilayətində SOCAR şirkətinə məxsus yanacaqdoldurma məntəqəsinə edilən hücumdan sonra hadisənin araşdırılmasını tələb edib.

Botsvana da öz növbəsində vətəndaşlarının Rusiya tərəfində müharibəyə cəlb olunmaq üçün aldadılaraq verbovka edilməsi hallarının artdığını bəyan edib.

Ukrayna Xarici Kəşfiyyat Xidməti hesab edir ki, bu hadisələr Rusiyanın əvvəllər tərəfdaş hesab edilən dövlətlərin dəstəyini tədricən itirdiyini göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR