Yaponiyada genetik cəhətdən dəyişdirilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqların 2028-ci ildə başlanması planlaşdırılır. Layihənin uğurlu olacağı təqdirdə, texnologiyanın 2029-cu ildə şərti təsdiq üçün təqdim edilməsi nəzərdə tutulur.
Musavat.com xəbər verir ki, Nikkei Asia-ya istinadən, Yaponiyanın PorMedTec startapı insan orqanizmi ilə daha yaxşı uyğunlaşan genetik modifikasiya edilmiş donuzlar yetişdirməyi planlaşdırır.
Şirkətin hazırladığı texnologiya sayəsində bu heyvanların böyrəklərinin insanlara köçürülməsi nəzərdə tutulur. Məqsəd orqanın rədd olunması riskini azaltmaq və donor çatışmazlığı probleminin həllinə töhfə verməkdir.
Qeyd edək ki, ABŞ-də oxşar transplantasiya əməliyyatları artıq dörd pasiyent üzərində həyata keçirilib. Onlardan bəziləri böyrək dializinə ehtiyac duymadan doqquz aya qədər yaşaya biliblər.
Musavat.com






