İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail sülh planının ikinci mərhələsinə mane olmaq üçün təxribatlara əl atır - HƏMAS

440 25.12.2025 01:31 Dünya A A

HƏMAS hərəkatı Qəzza zolağının cənubunda baş verən partlayışla hər hansı bir əlaqəsinin olmadığını bəyan edib.

Musavat.com xəbər verir ki, müvafiq açıqlama hərəkatın Telegram kanalında yayılıb: "Partlayışın baş verdiyi Rəfah əyalətindəki ərazi tamamilə İsrail ordusu tərəfindən nəzarətdədir; orada bir dənə də olsun fələstinli yoxdur. Artıq Qəzzanın bu hissələrində çoxsaylı partlamamış sursatların qaldığı barədə xəbərdarlıq etmişik və atəşkəs başlayandan bəri heç bir məsuliyyət daşımırıq".

HƏMAS həmçinin iddia edir ki, Rəfahda partlayan sursat İsrailin özünə məxsus ola bilər.

Bu gün İsrail Müdafiə Qüvvələri cənubi Qəzzada partlayıcı qurğunun partlaması nəticəsində bir əsgərin yaralandığını bildirib.

HƏMAS-ın Qəzza zolağındakı lideri Xəlil əl-Heyanın rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqlar aparıb. Hərəkatın açıqlamasına görə, görüşdə əl-Heyya HƏMAS-ın Qəzza atəşkəs razılaşmasına sadiqliyini bir daha təsdiqləyib. O, Türkiyənin xarici işlər nazirini Qəzzada İsrailin "müqavilənin ikinci mərhələsinə keçidin qarşısını almaq və mövcud müqavilələri pozmaq məqsədi daşıyan davamlı hücumlarının və təkrarlanan qanun pozuntularının" nəticələri barədə xəbərdar edib.

HƏMAS nümayəndə heyətinin rəhbəri həmçinin Qəzza zolağındakı "pisləşən humanitar böhrana" diqqət çəkərək, daxil olan yardımın "minimum ehtiyac səviyyəsini ödəmədiyini" vurğulayıb. O, əlavə edib ki, İsrailin anklava buraxdığı yük maşınlarının 60 faizi humanitar yardım deyil, kommersiya malları daşıyır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR