ABŞ administrasiyası əmindir ki, İsrail İran danışıqlarında iştirak edənlərə, xüsusən də İranın xarici işlər naziri Abbas Araqçi və Parlamentin sədri Məhəmməd Bağır Qalibafı öldürmək üçün sui-qəsd planı hazırlayıbmış.
Musavat.com xəbər verir ki, məlumatı The New York Times (NYT) yayıb.
NYT-nin məlumatına görə, Vaşinqton İranla danışıqların əvvəlində ən azı Qalibafın yəhudi dövlətinin hədəf siyahısında olduğunu öyrənib və İsrail hakimiyyətindən ona sui-qəsd etməkdən çəkinməsini istəyib. NYT-nin fikrincə, Vaşinqtonun şübhələri ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatın başlamasından bəri məqsədlərinin nə dərəcədə fərqli olduğunu göstərir.
Qəzetin iddiasına görə, Pakistanın İslamabad şəhərində ABŞ ilə danışıqlardan əvvəl İran nümayəndələri Vaşinqtondan İsrailin gizli əməliyyatlar aparmayacağına dair zəmanət istəyiblər. Bu arada, Pakistandan İrana gedərkən İslam Respublikasının təhlükəsizlik xidmətləri İsrailin Məclis sədrini daşıyan təyyarəyə hücum etmək niyyətində olduğunu aşkar ediblər. Bu məqsədlə İraqdan İran hava məkanına iki İsrail qırıcı təyyarəsi daxil olub. Nəticədə, Qalibafı daşıyan təyyarə ən yaxın hava limanına eniş edib və danışıqlar qrupu quru yolu ilə Tehrana yola düşüb.
Musavat.com






