İnsanlara hürriyət, millətlərə istiqlal!

İsmayıllıda bağlanan yolla bağlı son məlumat

575 07.06.2023 11:04 Son xəbər A A

İsmayıllı-Lahıc yoluna tökülən qaya parçaları və lil təmizlənərək hərəkət bərpa olunub.

Musavat.com xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb ki, sel suları nəticəsində gecə saatlarında İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 5 nöqtəsində yolun hərəkət hissəsinə lil və qaya parçalarının tökülməsi nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət aradan qaldırılıb: "Sözügedən yolda yaranmış problemlə bağlı Agentliyin “Çağrı Mərkəzi”nə (012-599-79-75) məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. Gecə boyu səhər saatlarınadək aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yol boyu avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub", deyə məlumatda bildirilir.

Qeyd edək ki, axşam saatlarından başlayaraq İsmayıllı rayonuna yağan güclü leysan bir sıra fəsadlar törədib. Sel səbəbindən yolları qalın lil qatı örtmüş, nəqliyyatın hərəkəti çətinləşmiş, İsmayıllı şəhərindən Lahıc qəsəbəsinə gedən yol bağlanmışdı.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR