İnsanlara hürriyət, millətlərə istiqlal!

İsa Qəmbərin oğlu ermənilər haqda FİLM çəkdi - "Bu mövzu ətrafında spekulyasiyalar gedir, ona görə də..." FOTO VİDEO

3041 26.04.2023 15:34 Gündəm A A

İsa Qəmbərin Kanadada yaşayan oğlu, qondarma "erməni soyqırımı" ilə bağlı "anım" paylaşan İlkin Qəmbər ermənilər haqqında film çəkib.

Bu barədə tarixçi alim, dosent Zaur Əliyev yazıb.

O bildirib ki, "Ermənistan Krallığı: Roma ilə Parfiya arasında - Qədim tarix. Sənədli film" başlığı ilə yayılan filmin ssenari müəllifi İlkin Qəmbərdir, filmin ərsəyə gəlməsində bir neçə azərbaycanlı da iştirak edib.

Musavat.com məsələ ilə bağlı İlkin Qəmbərin anası, şərqşünas alim Aida Bağırova ilə əlaqə saxlayıb.

Aida Bağırova saytımıza açıqlamasında bildirib ki, mövzuya şərh vermək istəmir:

"Çünki bu mövzu ətrafında spekulyasiyalar gedir. Bu səbəbdən şərh verməyəcəm".

Qeyd edək ki, İlkin Qəmbərin sözügedən paylaşımı və ermənilər haqda filmi ciddi müzakirələrə və etirazlara səbəb olub.

ilkin_qember.jpg (35 KB)

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR