İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan Bakıya qarşı ikili OYUN - Sülh belə SABOTAJ edilir (?)

1603 19.06.2026 10:29 Gündəm A A

Nikol Paşinyan hökuməti vaxtaşırı Bakı və Ankara ilə sülhün vacibliyindən, “yeni dövrdən” danışsa da, hətta Qarabağ məsələsinin artıq bağlandığını bəyan eləsə də, təəssüf ki, bəzən praktikada bu ritorikaya zidd davranışın şahidi olmaqdayıq. Bu da “isti” və pis bir nümunə. İrəvanda Ermənistan Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə təşkil edilən RISE-2026 sərgisində əsas şüar və simvol nə olsa yaxşıdır? “Biz və dağlarımız” (“Baba və nənə”) abidəsi. Hansı abidə ki, uzun illər Qarabağda erməni separatizminin və Ermənistanın özünün belə rəsmən tanımadığı xunta rejiminin əsas simvollarından biri kimi istifadə olunub.

Xankəndidəki "Nənə və baba” heykəli haqqında İNANILMAZ FAKTLAR

İndi bunun adını nə qoyaq – ilin-günün bu vaxtında sülhə qarşı sabotaj, siyasi riyakarlıq, ikili oyun, yoxsa? Paşinyan hakimiyyəti əhalini referenduma beləmi hazırlayır? Qarabağdakı abidənin Ermənistandakı rəsmi tədbirə nə dəxli?
Bu azmış kimi, Ermənistanın İtaliyadakı baş konsulu (Paşinyanın məmuru) Pyetro Kuçikyan yerli mediada dərc etdirdiyi məqalədə sırtıqcasına Azərbaycanın guya sülh istəmədiyini və yeni tələblər sürdüyünü iddia edib. Hansı yeni tələblər? Azərbaycanın tək tələbi bəlli? Sülhə ən böyük əngəl konstitusiyasında qonşu dövlətlərə qarşı ərazi iddiası olan Ermənistandır, yoxsa Azərbaycan? Bu ritorika niyə məhz seçkidən sonra özünü göstərməyə başlayıb?

WhatsApp Image 2026-06-19 at 11.07.36.jpeg (98 KB)

Politoloq Züriyə Qarayeva sülhə xələl gətirən addımların bundan sonra da atılacağını gözləyir.
Onun sözlərinə görə, sonuncu məsələ ilə bağlı etiraz bildirilməlidir: "Çünki bu təşəbbüs hər hansı siyasi təşkilat və ya QHT tərəfindən irəli sürülməyib, nazirlik səviyyəsində təşkil olunub. Ona görə müvafiq qaydada etiraz bildirmək olar. Paşinyan kabineti də nazirliyin sərgisindəki bu təxribata münasibət bildirməlidir. Nazirlər Kabineti tərəfindən reaksiya olmalıdır. Əfsuslar olsun ki, belə kiçik, amma diqqət çəkən hərəkətlərə yol veriləcək. Ermənistan hökuməti dildə sülhdən danışıb, əməldə buna kölgə salan davranışlarla prosesi pozmağa çalışır".

Azərbaycandan Ermənistana neft və neft məhsulları göndərilə bilər - BBC  News Azərbaycanca

Z. Qarayeva hesab edir ki, nazirliyin təşkil etdiyi sərgidə sözügedən abidəni hər hansı həvəskar və ya separatçı öz adından nümayiş etdirə bilər: "Nazirlik də bəyan edəcək ki, fərdi təşəbbüsdür və rəsmi mövqe deyil. Yəni bəhanə gətirə bilər. Ümumiyyətlə, Ermənistanda separatçı tör-töküntülərin müxtəlif yığıncaqları olur. Onlar müxtəlif layihələr həyata keçirir, sərgi, tamaşa və s. yollarla qondarma "artsax" ideyasını yaşatmağa can atırlar. Bu isə erməni xalqına sülh vəd etmir. Bu addımlara görə xəbərdarlıq etməliyik və bilməlidirlər ki, nə qədər Qarabağa iddia ilə yaşasalar, növbəti fəlakətə yaxınlaşacaqlar".

Ekspert erməni konsulun çərənləməsini də yolverilməz sayır və rəsmi İrəvandan izahat tələb olunmasını zəruri hesab edir: "Azərbaycan sülhü necə istəməyə bilər ki, bunun üçün bütün ilk addımları biz atırıq. Ermənistana neft məhsulları gedir, tranzit qadağası götürülüb, hörmətli Hikmət Hacıyev Dilicanda sülh mövzusunda müzakirə aparıb, Bakı İrəvanla yekun sülh sənədi bağlamaq istəyir... Sadəcə, ərazi iddialarına de-yure son qoyulmalıdır. Əgər konsul bu tələbi sülhə əngəl sayırsa, bu yolda maneənin İrəvandan, konstitusiyadan qaynaqlandığını bilməlidir".

Emil Salamoğlu
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR