Son günlər azərbaycanlıların İrəvana qayıtması məsələsi yenidən gündəmə gəlib. Ermənistanda yayılan iddialara görə, guya 300 min azərbaycanlı İrəvana qayıdacaq. Bu iddialar erməni cəmiyyətində ciddi təşviş, isterik reaksiyalar yaradıb.
Ötən gün isə rusiyalı oliqarx Samvel Karapetyanın İrəvanda keçirilən mitinqində Azərbaycan dilində səs yazıları səsləndirilib. Həmin səs yazısında İrəvana gedərək orada mənzil alan və məskunlaşan azərbaycanlı ailənin hekayəsi təsvir olunub.
Bəs kimlər İrəvana gedib orada yaşamaq və məskunlaşmaq istəyər? Vətəndaşlarımız Ermənistanda bu məsələ ətrafında yaranan təşviş və narahatlığı necə qarşılayır?
TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com






