İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan Hörmüzlə bağlı yeni QANUN

581 14.07.2026 14:33 Dünya A A

İran parlamentinə Hörmüz boğazının idarə olunması ilə bağlı qanun layihəsi təqdim edilib.

Musavat.com xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik komissiyasının rəhbəri İbrahim Əzizi özünün "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Ötən gecə... "Hörmüz boğazı və Fars körfəzinin təhlükəsizliyinin və dayanıqlı inkişafının təmin edilməsinə dair strateji tədbirlər" haqqında qanun layihəsi rəsmi olaraq İran parlamentinin müzakirəsinə təqdim edilib", - deyə o yazib.

Əzizi Tehranın "öz qırmızı xətlərini, xüsusən də Hörmüz boğazının idarə edilməsi ilə bağlı məsələləri qorumaq" niyyətində olduğunu vurğulayıb.

Qeyd edək ki, qanun layihəsi əvvəlcə parlament tərəfindən təsdiqlənməli, daha sonra Konstitusiyanın Keşikçiləri Şurasının nəzərinə təqdim edilməli və yalnız bundan sonra prezidentin imzasına göndərilməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR