İnsanlara hürriyət, millətlərə istiqlal!

Diqqətli olun! Bu əlamətlər varsa, deməli, ZƏHƏRLƏNMİSİNİZ

482 14.07.2026 16:06 Səhiyyə A A

Yay aylarında havanın yüksək temperaturu bakteriyaların sürətlə çoxalması üçün əlverişli şərait yaradır. Bu isə qida məhsullarının qısa müddətdə xarab olmasına səbəb ola bilər. Nəticədə insanlar qida zəhərlənməsi riski ilə üz-üzə qalırlar.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi Aynur Məmmədova Musavat.com-a şərhində qida zəhərlənmələri halları ilə qarşılaşmamaq üçün nələrə diqqət etmək lazımdır, bu halda ilkin tibbi yardım necə olmalıdır və s. kimi suallara cavab verib.

Həkim bildirib ki, yay mövsümündə qida zəhərlənməsi halları ilə qarşılaşmamaq üçün ilk növbədə istehlak olunacaq qidaların təzə olmasına diqqət etmək lazımdır:

WhatsApp Image 2026-07-14 at 15.57.22.jpeg (104 KB)

“Məhsulların soyuducuda qalma müddəti də önəmlidir. İsti havalarda kolbasa, sosiska, hisə verilmiş qidalar, balıq və konservlərdən uzaq durmağı tövsiyə edirəm. Meyvə-tərəvəz suyun altında təmiz yuyulmalıdır. Qarpız, yemiş bostanda yetişdiyi üçün qətiyyən yumamış istehlak etmək olmaz. Tövsiyə edərdim ki, qarpızı alan kimi yesinlər. Ümumiyyətlə, torpaqda yetişən çiyələk və s. mütləq su ilə yuyulmalı və soyuducuda saxlanmalıdır. Zəhərlənmənin olmaması üçün həm isti, həm də soyuq qəlyanaltıları soyuducuda saxlamaq məsləhətdir. Qida zəhərlənməsi qısa müddətdə daha çox uşaqlarda və yanaşı xəstəliyi-ürək-damar xəstəlikləri, mədə-bağırsağı pozulmuş, beyin qan dövranı pozulmuş, şəkər xəstəliyi olan insanlarda hiss olunur”.

Həkim qeyd edib ki, qida zəhərlənməsinin ilkin əlamətləri ürəkbulanma və halsızlıqdır:

“Bundan başqa, ishal və yüksək hərarət olur. Daha çox uşaqlara diqqət etmək lazımdır. Bir dəfə qusma 30-32-dəfəyə qədər qarıngetməyə bərabərdir. Buna görə də uşaq 1-2 dəfə qusarsa, mütləq həkimə müraciət etmək lazımdır. Əlbəttə ki, hamilə qadınlar da qusma, qızdırma, qarın nahiyəsində ağrı, ishal olduğu təqdirdə mütləq həkimə müraciət etməlidirlər”.

Həmsöhbətimiz həkiməqədər müddətdə ilkin yardım tövsiyələrini də bölüşüb:

“Həkimə çatana qədər aktivləşdirilmiş kömürü (hər 10 kiloqrama qədər 1 tabletka kifayət edir) yarım stəkan suda əzib, həll edib vermək lazımdır. Həkim müayinəsi zamanı ağırlıq dərəcəsi müəyyən edildikdən sonra müvafiq müalicə proseduru təyin olunur. Əlavə olaraq, meyvə-tərəvəzi bol istehlak etməyi, qatıq və qat məhsullarından istifadə etməyi məsləhət görürəm. İsti hava orqanizmi yüklədiyi üçün yüngül qidalar qəbul etmək daha məqsədəuyğundur”.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR