İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər - FOTO

918 13.06.2026 18:01 Son xəbər A A

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 500 qram narkotik vasitə marixuananın pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə Musavat.com-a DSX-dən məlumat verilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR