“İranda ən azı 42 min etirazçı öldürülüb, çünki onlar etiraz edirdilər”. ABŞ prezidenti Donald Tramp bu sözləri Qətər əmiri ilə görüş zamanı ilin əvvəlində İranda baş verənlərdən danışarkən deyib.
Musavat.com-un məlumatına görə, Ağ Ev rəhbəri eyni zamanda İranda rejim dəyişikliyini dəstəkləmədiyini də deyib. “Mən rejim dəyişikliyinə inanmıram”, - Tramp deyib.
ABŞ lideri əlavə edib ki, ölkəsi hazırda İran rəsmiləri ilə işləyir. “Birinci qrup artıq hamısı ölüb; ikinci qrup da ölüb; üçüncü qrupun bir hissəsi də yox olub və biz hazırda, məncə, çox rasional insanlar olan şəxslərlə işləyirik,” – Tramp əlavə edib.
Bu arada, BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Volker Türk də İrandakı edamlarla bağlı açıqlama verib. Günaz.tv-nin xəbərinə görə, islam respublikası 2026-cı ilin əvvəlindən bəri "milli təhlükəsizlik"lə bağlı ittihamlarla ən azı 40 nəfəri edam edib.
Tütk deyib ki, edam edilənlərdən 18 nəfəri etiraz aksiyalarında iştirak etdiklərinə gərə həbs edilən şəxslərdir.
O, BMT-nin İnsan Hüquqları Şurasına İran xalqının müharibə və şiddətli repressiyalar arasında qaldığını bildirib və son aylarda təhlükəsizlik və siyasi təzyiqlərin artması ilə bağlı narahatlığını açıqlayıb.
Hələlik İrandakı edamlar və kütləvi qətliamlarla bağlı Tehrandan reaksiya yoxdur.
Musavat.com






