ABŞ-da Müstəqillik Günü mərasimlərində indiyədək görünməmiş sayda silahlı insident və zərərçəkənlər qeydə alınıb.
Musavat.com xəbər verir ki, 4 iyulda müxtəlif tədbirlərdə 20 kütləvi güllələnmə hadisəsi nəticəsində 100 nəfər həlak olub.
CBS-in yerli polisə istinadən verdiyi məlumata görə, Müstəqillik günü tədbirindən sonra Floridada Lamborghini markalı avtomobildə amerikalı blogger güllələnərək öldürülüb.
DreamDoll Brii təxəllüsü ilə tanınan və təxminən yarım milyon TikTok izləyicisi olan Brianna Johnson bayram həftəsonu ABŞ-da güllə yaralarının qurbanlarından biri olub. Hadisə bazar günü səhər tezdən Miramar şəhərində, 21 yaşlı qadının iki kişi ilə birlikdə Lamborghini avtomobilində olduğu zaman baş verib: "Qurbanlar yaşıl Lamborghini Urus avtomobilində gedirdilər... Elə bu anda ağ sedan sürücü tərəfində onların arxasınca gəlib və oradan atəş açılıb".
Musavat.com






