İnsanlara hürriyət, millətlərə istiqlal!

33 yaşlı Mauro İkardinin "Qalatasaray"dan ŞOK TƏLƏBİ üzə çıxdı – Gözlər o görüşdə...

686 07.07.2026 10:55 İdman A A

Argentinalı hücumçu Mauro İkardi "Qalatasaray"ın 5 milyon avroluq təklifini geri çevirib.

Musavat.com xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

Məlumata əsasən, iyunun 30-da müqaviləsi başa çatan və hazırda azad agent statusunda olan 33 yaşlı argentinalı ulduza klub tərəfindən illik 5 milyon avro maaşla 1+1 illik yeni müqavilə təklif edilib. Lakin futbolçu bu təklifi qəbul etməyib. İkardi klubdan 2 illik müqavilə və illik 7 milyon avro əməkhaqqı tələb edir.

Məlumata görə, futbolçunun meneceri Elio Pino yaxın günlərdə "Qalatasaray"ın prezidenti Dursun Özbəklə görüşərək tərəflər arasında yekun razılığa gəlməyə çalışacaq.

Hazırda tərəflər arasında danışıqlar davam edir və İkardinin gələcəyi bu görüşdən sonra dəqiqləşə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR