Ukrayna ordusu Belqorod Magistral Qaz Boru Kəmərlərinin Xətti İstehsalat İdarəsinə hücum edib. Teleqram kanallarına məlumat yayılıb. Qeyd olunub ki, hazırda həmin ərazi yanır.
Ötən gün axşam saatlarından bu gün saat 06:00-dək Moskva istiqamətinə 430-dan çox Ukrayna PUA-sı buraxılıb. Moskva meri Sergey Sobyanin deyib. “PUA-ların böyük əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən paytaxta uzaq məsafələrdə zərərsizləşdirilib. 36 ədəd PUA Moskvaya yaxınlaşarkən məhv edilib”, - o bildirib.
Rusiyanın isə kütləvi hücumları nəticəsində Kiyevdə ölənlərin sayı 19 nəfərə çatıb. Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Yeri gəlmişkən, Ankarada keçirilən 36-cı NATO Sammiti bu gün Müdafiə Sənayesi Forumu ilə başlayır. Sammitin ikinci günü Şimali Atlantika Şurasının dövlət və hökumət başçıları səviyyəsində iclası keçiriləcək.
Sammit çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla başda olmaqla bir sıra liderlərlə ikitərəfli görüşlər keçirməsi gözlənilir.
TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi professor Fikrət Yusifovla müzakirə edir.






