İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian siyasətçiyə bənzəməyə başlayıb?

540 07.07.2026 10:15 Yazarlar A A

Etiraf edirəm ki, Pezeşkianla bağlı ümidlərimiz böyük idi. Bəlkə də yanlışlıq vardı burada – siyasi reallıqlar, konstitusion çərçivələr var burada, hansıları ki, aşmaq elə də asan deyil. Amma İran rejiminin yarıməsrlik tarixi ərzində vaxtaşırı hakimiyyətə gələn bu “islahatçılar” nəsə etməlidi, ya yox?

Əlbəttə əsas “rıçaqlar” mühafizəkarların əlindədir, onların nəyi olmasa da rejim üçün nəinki öz canlarından keçən, hətta minlərlə digər başlar kəsməyə hazır olan dəstələr var, amma prezidentin, parlament spikerinin belə dəstələri yoxdur.Ona görə də çox böyük ümidlərə qapılmağa dəyməz, fəqət, bir daha deyirik ki, hələ monolit beton divar təsiri bağışlayan İran hakimiyyətində bir gün axır çat yaranmalıdır. Hiss olunur ki, bu, artıq baş verir. ABŞ-la, İsraillə danışıqlar aparmağın tərəfdarları və bunun əlehydarları var və indi kimsə etiraz etmir ki, danışıqlar aparmaq istəyən dəstənin başında duranlardan biri bizim doktor Pezeşkian və digəri də deyəsən, spiker Qalibafdır və bu, artıq qarşı düşərgədə də nəzərə çarpmaqdadır. Sonuncu çox yaxşı məqamdır, qoy, bundan sonra Vaşinqton və ya Təl-Əviv hansı qapını döymək lazım gəldiyini bilsinlər.

İran konstitusiyasına görə ölkədə dini rəhbərdən sonra ikinci fiqur prezidentdir. Amma İran konstitusiyayla idarə olunurmu? İranı konstitusiya idarə edir, yoxsa SEPAH kimi hərbi təşkilatlar, hansıların ki, adı gələndə insanlar bir vaxt Almaniyada Gestaponun və yaxud da SS-in adı gələndə qorxanlar kimi qorxurlar! Bunu daha çox Almaniyanın gizli polisinə – gestapoya bənzətmək olar.

Üstəlik, içəridə heç bir real siyasi təşkilat, yaxud da partiya-institut qalmayıbdır ki, onlar təşəbbüsü götürsünlər – yox, belə şey yoxdur, ona görə də heç bir etiraz nəticə vermir. Bizə bəzi hallarda şahzadə Pəhləviyə maraq göstərdiyimizə görə irad tutanlar da olurdu, amma o, siyasi tələblər dilində danışan yeganə adam idi, konkret siyasi tələblər irəli sürürdü.

Bunları etirazçılardan eşitmədik, sanki bu adamların heç bir siyasi tələbəbi yox, ürəklərinin yox, yalnız mədələrinin tələbilə çıxmışdılar küçələrə. Xaricdəki iranlıların da bir şey olan kimi bir hissəsi başlayırdı “Şahnamə”dən danışmağa, digərisə Səttarxandan, Pişəvəridən dəm vurmağa. Bunların hamısı çox gözəldir, lazımlıdır, amma nəsihətlə, tarixlə heç nə həll olmur, qardaşlar, çalışın, təşkilatlanın, partiya qurun, lap mühacir hökuməti də təşkil edin. Belə götürəndə, axı niyə də yox?

Yarım əsr əvvəl İranda inqilab məhz ona görə alındı ki, hər şey yana, onda məscidlər də partiya özəkləri kimi fəaliyyət göstərirdi, səhv etmirəmsə, hətta yarı-leqal, yarı-aşkar şəkildə digər partiyalar da vardı.,..

İran kimi rejimlərdə nəyinsə alınması üçün hakim elitada parçalanma olmalıdır, din adamlarının bir hissəsi etirazçıların tərəfinə keçməlidir və İranda ikinci dəfə əsl İSLAM İQİLABI olmalıdır, amma Lüterin, Qusun inqilabı kimi, daha Qumdakı “molla”ların düşündüyü kimi yox! Ölkədə hamı, o cümlədən də din adamları dünyəvi dövlətin tərəfdarı olmalıdır ki, dinə inam da azadlıq kimi özülün üstündə qurulsun.

Yoxsa istidbadla, zülmlə heç dini insanlara sevdirmək olarmı? Yalnız azad insan həqiqətən də sevə bilir, o cümlədən də Tanrısını! Qorxu üstdə qurulan hər şey fanidir, müvəqqətidir...

Məgər iranlı mollalar, din adamları elə doğrudan da zənn edirlər ki, ölkədə onların hakimiyyəti bərqərar olub? Boş şeydir, belə şey yox! Necə ki, 70 il sürən bolşevik hökumətinin də əslində proletariata heç bir dəxli yox idi, burada da həmin məsələdir. Bütün ideologiyalar gec-tez öz “ali zümrəsini” yaradır, hakimiyyət də onların olur, qalanlarınsa payına xidmətçilik və yaxud da nökərçilik düşür. Bəli, çox acı bir reallıqdır bu və demək olar ki, hər yerdə təkrarlanır...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR