İnsanlara hürriyət, millətlərə istiqlal!

İyunda ADY-nin yük daşımaları 20% artıb

386 07.07.2026 10:19 Ölkə A A

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2026-cı ilin iyununda 1.6 milyon tondan çox yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur.

Bu barədə Musavat.com-a ADY-dən məlumat verilib.

Məlumata görə, qeyd olunan dövrdə tranzit daşımaları 707 min tonu ötərək keçən ilin göstəricisini 38% üstələyib.

Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 67% (448 096 ton), Şimal-Cənub istiqaməti üzrə isə 48% (47 240 ton) artım qeydə alınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR