İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda SEPAH-ın iki üzvü öldürülüb

389 12.02.2024 02:14 Dünya A A

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəsic könüllü bölməsinin iki döyüşçüsü ölkənin cənub-şərqində naməlum şəxslərin hücumu nəticəsində ölüb.

Bu barədə SEPAH-ın Sistan və Bəlucistan əyalətinin Quru Qoşunlarının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

Qeyd olunur ki, əsgərlər Zahidan-Bam dəmir yolu marşrutunda təhlükəsizlik postuna hücum nəticəsində ölüblər.

Xatırladaq ki, fevralın 11-də Sistan və Bəlucistan əyalətində naməlum şəxslərin hücumu nəticəsində 9 Pakistan vətəndaşı həlak olub.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR