İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda itkin düşən Fərid Səfərli casusluq maddəsi ilə həbs olundu - Eksklüziv!

3963 01.06.2023 20:55 Son xəbər A A

Üç aya yaxındır ki, müəmmalı şəkildə itkin düşən azərbaycanlı tələbə Fərid Səfərli İranda həbs edilib.

Bu barədə Musavat.com-a açıqlamasında Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib.

O qeyd edib ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən ünvanlanan məktubda bildirilib: "Bu gün XİN-dən məktub aldıq, orada bildirilir ki, Fəridi İranda casusluq maddəsi ilə həbs ediblər. Mən sabah Prezident İlham Əliyevə müraciət hazırlayacağam. Oğlumun oradan qurtulması yalnız ölkə başçısının köməyi ilə ola bilər. Çünki casusluq elə bir ittihamdır ki, Pezident bu məsələyə müdaxilə etməsə, inanmıram  uşağı oradan xilas etmək mümkün olsun".

Qeyd edək ki, Almaniyada tibb təhsili alan azərbaycanlı tələbə Fərid Səfərlinin martın 3-də İranda müəmmalı şəkildə itkin düşmüşdü.

Azərbaycan Xarici İşlər Nazirliyi  rəsmən İran tərəfinə müraciət edib.
 
Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR