İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda Fransa diplomatlarına qarşı şok fiziki zorakılıq: Casusluq ittihamı yoxsa təxribat?

240 27.07.2026 15:35 Dünya A A

Fransa və İran arasında diplomatik münasibətlər ən böhranlı həddə çatıb.

Musavat.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Fransanın Tehrandakı səfirini rəsmi şəkildə nazirliyə çağıraraq ona kəskin etiraz notası təqdim edib.

"Al Arabiya" telekanalının yaydığı məlumata görə, bu addıma iyul ayında İran hüquq-mühafizə orqanları tərəfindən bir müddət saxlanılan iki Fransa diplomatının fəaliyyəti səbəb olub. İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Baqai keçirdiyi brifinqdə bildirib ki, sözügedən fransız diplomatlar "vətəndaş cəmiyyəti ilə əlaqə" bəhanəsi altında İranın daxili işlərinə kobud şəkildə müdaxilə ediblər. Baqai səfirə Fransa hökumətinin bu cür aldadıcı bəhanələrlə İrana qarşı yönəlmiş fəaliyyətlərinə dərhal son qoymalı olduğu barədə xəbərdarlıq edildiyini vurğulayıb.

Məsələnin digər tərəfi isə Parisdə böyük rezonans doğurub. Belə ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro iyulun 20-də verdiyi bəyanatda İrandakı iki fransız diplomatın İslam Respublikasının təhlükəsizlik xidmətləri tərəfindən "son dərəcə ciddi hədə-qorxu aktı" ilə üzləşdiyini açıqlamışdı.

Nazirin sözlərinə görə, diplomatlar heç bir qanuni səbəb göstərilmədən bir neçə saat ərzində saxlanılaraq dindirilib, hətta onlardan biri ağır fiziki zorakılığa məruz qaldıqdan sonra səfirliyə qayıda bilib. Tərəflərin qarşılıqlı sərt ittihamları iki ölkə arasında münasibətlərin tamamilə qırılma nöqtəsinə gəldiyini göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR