İnsanlara hürriyət, millətlərə istiqlal!

Vado Korovinin iddialarına cavab gecikmədi - Müşfiq Hətəmovun nümayəndəsi nələri danışdı?

735 27.07.2026 15:52 Qalmaqal A A

Son günlər “Space”də özündən əvvəlki və sonrakı rəhbərliyin ünvanına ittihamlar səsləndirən keçmiş rəhbər Vado Korovinə Müşfiq Hətəmovun nümayəndəsi cavab verib.

Müşfiq Hətəmovun dövründə televiziyanın maliyyə məsələlərinə baxan şəxs News365.az-a bildirib ki, onların zamanında “Space TV”də bir manat borc da yaranmayıb:

“Əksinə, biz televiziyanı təhvil verəndə “Space TV”nin büdcəsində 710 min manat ehtiyat vəsait olub. Ortada faktlar, rəqəmlər və sənədlər var. Qaldırıb baxmaq olar. Doğrudur, ilk dönəmdə kredit götürmüşdük. Onu da qrafikə uyğun olaraq aybaay ödəmişik. Olurdu ki, müəyyən qurumlara borcumuz yaranırdı. Məsələn, Teleradio Birliyinə, “Azərkosmos”a və başqa müəssisələrə borclanırdıq. Amma ilin sonunda dotasiya və yaxud reklamdan yığılan əlavə vəsait hesabına o borc ödənilirdi. Bir də axı bizim vaxtımızda televiziya gəlirlə işləyirdi. Bir manat da olsun ziyan etmirdik. Bizdən Vado Korovin komandasına pis heç bir miras qalmayıb. Ona görə də onun səsləndirdiyi fikirlərin əsası yoxdur”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR