İnsanlara hürriyət, millətlərə istiqlal!

Regionu silkələyəcək 3 SSENARİ – Xəzərdə YENİ savaşın anonsu?

541 27.07.2026 16:00 Region A A

Rusiya-Ukrayna müharibəsinin coğrafiyası getdikcə genişlənir və qarşıdurmanın yeni episentrləri formalaşır. Ukraynanın Xəzər hövzəsində Rusiyaya məxsus hərbi və enerji obyektlərinə endirdiyi zərbələr regionda təhlükəsizlik balansı ilə bağlı ciddi suallar doğurub. Üstəlik, İranın Ukraynanın Rusiyaya hərbi yük daşıdığı deyilən ticarət gəmisini də hədəf aldığını bildirməsi vəziyyəti daha da gərginləşdirib.

Ukraynanın Xəzər hövzəsində Rusiyaya məxsus hədəflərə zərbələri müharibənin yeni mərhələsinin başlanğıcı sayıla bilərmi? İranın Ukraynanı sərt şəkildə hədələməsi nə dərəcədə real hərbi addımlarla müşayiət oluna bilər?

Aqşin Kərimov: “Azərbaycan seçkiləri sabit, təhlükəsiz, demokratik şəraitdə  keçirir” | 1news.az | Xəbərlər

Mövzu ilə bağlı politoloq Aqşin Kərimov Musavat.com-a danışıb: “Ukraynanın iyulun 24-25-də Xəzər hövzəsindəki Rusiya hədəflərinə – "Filanovski" neft platformasına, "Molniya" raket gəmisinə və sanksiyaya məruz qalan yük gəmilərinə zərbələr endirməsi yeni geosiyasi böhran yaradıb. Bu qarşıdurma xətti Rusiya-Ukrayna müharibəsinin digər oyunçusu olan İranın Kiyevlə onsuz da gərgin olan münasibətlərini daha da qızışdırır. İran rəsmiləri və mediası bildirir ki, iyulun 26-da Ukrayna qüvvələri Rusiya ilə hərbi yük daşıyan İran ticarət gəmisinə də zərbə endirib və nəticədə bir heyət üzvü həlak olub. Tehran bu hücumları sərt ritorika ilə pisləyərək Ukraynanı qisasla hədələyir”.

Politoloq vurğulayıb ki, Xəzər dənizi artıq təkcə Rusiya-Ukrayna müharibəsinin deyil, həmçinin, ABŞ-İran qarşıdurmasının maraqlarının toqquşduğu strateji məkana çevrilmək riski ilə üz-üzədir: “Mövcud situasiyada Xəzər dənizi iki böyük müharibənin – Rusiya-Ukrayna və ABŞ-İran qarşıdurmasının kəsişmə nöqtəsi sərhədindədir. Bu, qlobal koalisiyaların mübarizə konturlarının artıq Xəzər hövzəsində güc mövqeyinə əsaslanan addımlarla özünü göstərir.

Xəzərin hərbi eskalasiya radiusuna daxil olmasını həm də ABŞ-İsrail müttəfiqliyinin İranın regional aktivliyinə qarşı növbəti həmləsi kimi oxumaq olar. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi fonunda Vaşinqtonun Moskvaya qarşı təzyiq nöqtəsi olaraq məhz Xəzəri seçməsi variantı üzərində təəssürat yaranır. Bu addım həm də Moskvanın İran Körfəzi regionunda ABŞ hərbi obyektlərini hədəf almaqda dəqiqlik qazandırmasına əks-strategiya kimi qiymətləndirilə bilər”.

Aqşin Kərimovun fikrincə, daha geniş kontekst proseslərin arxasındakı əsl səbəblərə dair 3 əsas ehtimalı ön plana çıxarır: “1. Moskva öz əzəli rəqibi olan ABŞ-yə qarşı strateji mübarizədə İrandan təsir və təzyiq aləti qismində istifadə edir.

2. ABŞ və İsrail Ukraynadakı müharibədən bəhrələnərək rəqiblərin regional mövqelərini və hərbi-logistik xəttlərini balanslaşdırmağa çalışır.

3. Çinin Yaxın Şərqdəki maraqları böyük risk diapazonunda yellənir. Belə ki, Pekinin enerji idxalının təxminən yarısı Yaxın Şərq və Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Yaranmış yeni reallıq Çinin iqtisadi aktivlərinin dolayısı ilə Xəzər regionunda da testdən keçirildiyi mənasını ehtiva edir”.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR