İnsanlara hürriyət, millətlərə istiqlal!

Krımda FÖVQƏLADƏ vəziyyət: yarımada BOMBALANDI, Udmurtiya da VURULDU

550 27.07.2026 15:59 Dünya A A

İşğal altındakı Krım yarımadasının bir sıra yaşayış məntəqələri, o cümlədən Cənub sahili yenidən elektrik enerjisiz qalıb. "Krımenerqo" şirkətindən verilən məlumata görə, elektrik təchizatı obyektləri pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Şirkətdən bildirilib ki, yarımadanın bir sıra məntəqələrinə elektrik enerjisinin verilməsi imkansızlaşır və hazırda Krımın şimal-qərb, şərq və cənub zonalarında vəziyyət kifayət qədər mürəkkəbdir. Rusiyanın Krımdakı qərargahının məlumatına görə, elektrik enerjisinin kəsilməsi ilə yanaşı Aluşta, Simferopol (Ağməscid), Sudak, Feodosiya və bir sıra digər yaşayış məntəqələrinin müəyyən hissələrində su təchizatı da dayandırılıb.

Sevastopolun da elektrik təchizatında məhdudiyyətlər tətbiq edilib. Rusiyanın Sevastopola təyin etdiyi "rəhbər" Mixail Razvojayev bunun məcburi addım olduğunu, bütün enerji sistemində qəzanın qarşısını almaq üçün şəbəkədəki həddindən artıq yükü aradan qaldırmağa yönəldiyini bəyan edib. O, daha sonra istehlakçıların əksəriyyətinə işığın bərpa olunduğunu bildirsə də, defisit probleminin qaldığını vurğulayıb: "Lakin Krımın enerji sistemində güc qıtlığı saxlanılır, buna görə də məhdudiyyətlərdən tamamilə qaçmaq hələlik mümkün deyil". Monitorinq məlumatlarına və "Krımskiy veter" teleqram kanalının yaydığı xəbərə görə, iyulun 27-nə keçən gecə 220 kV-luq "Baxçasaray" magistral elektrik yarımstansiyası zərbəyə məruz qalıb.

Məlumata əsasən, obyektin ərazisində güclü yanğın qeydə alınıb. Hələlik nə Ukrayna, nə də Rusiya tərəfi bu hücumu rəsmən şərh edib. Ukrayna PUA-ları sərhəd tanımır. Rusiyanın Udmurtiya Respublikasının Sarapul şəhərindəki Qorizont neft bazasına PUA zərbəsi endirilib. Bu barədə Ukrayna mediasında məlumat və görüntülər yayımlanıb. Bunu Udmurtiyanın başçısı Aleksandr Breçalov da təsiqləyib və deyib ki, bu, "son dövrlərin ən böyük hücumu" olub.

"Hazırda Udmurtiya Respublikasındakı obyektlərə son zamanların ən böyük hücumunu dəf etmək üçün hava hücumundan müdafiə qüvvələrindən və vasitələrindən istifadə edirik", - Breçalov yazıb. Sarapuldakı böyük “Wildberries” logistika kompleksinin işçiləri təxliyə edilib. Anbarın özü zədələnməyib. İjevskdə şəhər avtobus xidməti müvəqqəti olaraq dayandırılıb və yerli hava limanında uçuşlara məhdudiyyətlər tətbiq edilib. Ukrayna kanalları bildirir ki, dronlar Borok kəndindəki Dövlət Ehtiyatları üzrə Federal Agentliyin (Rosrezerv) bir hissəsi olan Qorizont zavoduna da hücum ediblər. Bu obyektlər Ukraynadan təxminən 2500 km məsafədədir.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Elçin Xalidbəyli ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR