İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Çin-Tayvan gərginliyində öz tərəfini seçdi: "Tərəddüd etmədən dəstəkləyirik"

1271 03.08.2022 17:08 Gündəm A A

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri Çin hökumətini qəzəbləndirib.

Musavat.com xəbər verir ki, müharibə astanasına gələn iki ölkə bütün dünyanın diqqətini çəkib.

"İran təkcə Çin siyasətinə sarsılmaz dəstək verir", - deyə, hadisələrlə bağlı açıqlama verən İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani bildirib və Pelosinin səfərini pisləyib.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Çinin etirazlarına baxmayaraq, dünən Tayvana gedib. Tayvanı öz ərazisinin bir hissəsi kimi görən Çin Pelosinin təyyarəsi Tayvana endikdən dərhal sonra ABŞ-ın Pekindəki səfiri Nikolas Burnsu Dövlət Departamentinə çağıraraq Vaşinqtona bu addımın “bədəlini ödəyəcəyi” barədə xəbərdarlıq edib. Çin Müdafiə Nazirliyi də Tayvan adası ətrafında bir sıra hərbi təlimlərə başlayıb. ABŞ və Tayvan isə Çinin təhdidləri qarşısında geri çəkilməyib.

İran ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərini pisləyib və tək Çin siyasətinə sarsılmaz dəstəyini açıqlayıb. Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani mövzu ilə bağlı verdiyi yazılı açıqlamada, "İran ölkələrin ərazi bütövlüyünə hörməti xarici siyasətinin əsası kimi görür. Bu kontekstdə tək Çin siyasətini dəyişməz olaraq dəstəkləyir", - deyə, qeyd olunub.

fdfd.jpg (64 KB)

Ölkələrin ərazi bütövlüyünə hörmətin BMT-nin əsas prinsiplərindən biri olduğunu vurğulayan Nasser Kenani son zamanlar ABŞ administrasiyasının Çinin daxili işlərinə qarışmağa çalışdığını və bu ölkənin ərazi bütövlüyünü pozan gərginliyə səbəb olan addımlar atdığını qeyd edib. 

İranın ABŞ-ın dünyanın müxtəlif yerlərində gərginliyə səbəb olan və davam edən bu yanaşmasını pislədiyini bildirən Kenani, Vaşinqtonun birtərəfli olması və ölkələrin suverenliyini pozmasının yalnız qeyri-sabitliyin artmasına və ölkələr arasında münaqişələrin daha da şiddətlənməsinə səbəb olduğunu vurğulayıb.

Turan Oruc,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR