İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai bildirib ki, ölkəsi Cənubi Qafqazda sülhün təmin olunması və təhlükəsizliyin gücləndirilməsi üçün bütün imkanlarını səfərbər edəcək.
Musavat.com xəbər verir ki, Baqai İran Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Əkbər Əhmədianın Bakıya və İrəvana son səfərini şərh edərək, bu səfərin əvvəlcədən planlaşdırıldığını və İran üçün Cənubi Qafqazın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Onun sözlərinə görə, bölgədə sabitliyin təmin olunması üçün "3+3" kimi əməkdaşlıq formatları mühüm rol oynaya bilər. O əlavə edib ki, Cənubi Qafqazın təhlükəsizliyi yalnız region ölkələrinin səyləri ilə təmin edilməlidir və üçüncü tərəflərin müdaxiləsinə ehtiyac yoxdur.
Bu bəyanat İranın Cənubi Qafqazda aktiv rol oynamaq istəyini və regional problemlərin həllində iştirakını gücləndirmək niyyətini bir daha ortaya qoyur.