İnsanlara hürriyət, millətlərə istiqlal!

İran-ABŞ yaxınlaşması və danışıqlar başlayır: Niyə indi? - ilginc şərhlər

668 27.06.2022 15:30 Gündəm A A

Uzun fasilədən və gərgin münasibətlərdən sonra Tehran və Vaşinqton arasında təmasların qurulması prosesinə başlanılacağı barədə xəbərlər gəlməkdədir. Belə ki, İran-ABŞ dialoqu yaxın zamanlarda start götürəcək. Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian açıqlama verib.

Xatırladaq ki, İranın Birləşmiş Ştatlarla 2015-ci il nüvə razılığı vardı. Barak Obamanın prezidentliyindən sonra bu anlaşma dondurulmuşdu. İndi onu yenidən bərpa edirlər. İranın xarici işlər naziri Hüseyn Əmir-Abullahian deyib ki, şənbə günü Tehranda səfərdə olan Avropa İttifaqının xarici işlər üzrə başçısı Cozep Borrellə “uzun, amma müsbət görüş” keçirib. Öz növbəsində Borel mövzu ilə bağlı açıqlama verib. “Bizim danışıqları önümüzdəki günlərdə bərpa edəcəyimiz və çıxılmaz vəziyyətə son qoyacağımız gözlənilir. Artıq üç ay keçib və biz işləri sürətləndirməliyik. Mən Tehran və Vaşinqtonda verilən qərara görə çox şadam” - deyə, Borell Tehranda keçirilən mətbuat konfransında deyib.

Digər tərəfdən, bir İran və bir Avropa rəsmisi Borellin səfərindən öncə Reuters-ə bildirib ki, “iki məsələ, o cümlədən sanksiyalar məsələsi həll olunmalıdır,” ancaq İranın Xarici İşlər Nazirliyi bu şərhi nə təsdiq, nə də təkzib edib. “Biz İranla ABŞ arasıda danışıqların son qalan məsələləri həll etmək üçün gələcək günlərdə, mənim komandamın vasitəçiliyi ilə bərpa olunması üzərində razılaşdıq” - Borrell Twitter-də yazıb: “Gələcək günlər deyəndə, ən sürətli şəkildə, dərhal demək istəyirəm.”

“Amerikanın səsi” xatırladır ki, 2018-ci ildə ozamankı Prezident Donald Tramp İranın iqtisadi sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramını məhdudlaşdırmağa razılaşdığa sazişdən geri çəkildi. ABŞ-ın geri çəkilməsi və sanksiyaları bərpa etməsi ilə İran bir il sonra nüvə limitlərini aşmağa başladı.

Yeri gəlmişkən, ABŞ-ın İranla danışıqları və münasibətləri bərpa etməsinin zamanına diqqət edək. Bu, ABŞ başda olmaqla, kollektiv Qərbin Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməsi fonunda, - Rusiyanın Ukraynaya qarşı işğalı dayandırmaması və daha da dərinləşdirməsi prosesi ilə paralel baş verir. Kollektiv Qərb nə qədər cəhd etsə də, Rusiyaya qarşı sanksiyaları bütün dünyaya və materiklərə qəbul etdirə bilmədi. Burada xüsusi ilə Çin amili, eləcə də Hindistan və Afrika dövlətləri faktorları diqqətə layiqdir. Məhz belə bir məqamda İranı qeyri-rəsmi, lakin mövcud olan Çin-Rusiya ittifaqından ayırmaq, rus neftinə alternativ ola biləcək İran neftini dünya bazarına çıxartmaq ABŞ-ın strateji planlarından ola bilər.

Deputat Ceyhun Məmmədov – Müsəlman ölkələrində din təhsili

Deputat Ceyhun Məmmədov Musavat.com-a açıqlamasında bildirdi ki, Qərb dövlətləri uzun müddətdir Rusiyadan enerji asılılığını azaltmaq üçün müxtəlif layihələr üzərində işləyirlər: “Bu istiqamətdə planlaşdırılan addımlardan biri də İranla münasibətlərin normallaşdırılmasıdır. Burada bir neçə məqsəd var. Qərb Rusiyanı təcrid etmək üçün bütün imkanlardan yararlanmağa çalışır”.

Bəs, bu prosesdə Azərbaycan hansısa rola və yerə malik ola bilərmi? Məsələn, vaxtilə Bakı Rusita-ABŞ, NATO danışıqlarına evsahibliyi edib…

C.Məmmədov təsdiqlədi ki, Azərbaycan hər zaman əməkdaşlıqda, beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olub: “Hesab edirəm, Azərbaycan Qərb-İran danışıqlarına da ev sahibliyi edə bilər. Bunun üçün Azərbaycanın kifayət qədər imkan və təcrübəsi var”.

İmzalanan sənəd Azərbaycanın məqsədlərə nail olduğunu göstərir”- Elçin  Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli bildirdi ki, İran təbii qaz ehtiyatlarına görə, dünyada ikinci sıradadadır: “Bu ölkənin təbii qaz ehtiyatları dünya təbii qaz ehtiyatlarının 17%-ni təşkil edir, təxminən 33,78 trillion kubmetr. Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali komissarı Cozep Borrelin İrana səfəri də, çox güman ki, təbii qazla bağlıdır. Birləşmiş Ştatların “geriyə çəkiməsi”nin də səbəbi budur. Hazırda Avropa İttifaqının təbii qaza olan tələbatı illik 320 milyard kubmetr təşkil edir. Bu qazın 160 milyard trillion kubmetrini Aİ Rusiyadan alır. Həm Birləşmiş Ştatların Aİ-yə daha 20 trillion kubmetr sıxılmış təbii qaz verə biləcəyini, həm də Ortqa Asiya resurslarının hesabına TAP-ın ötürücülük qabiliyyətinin artırılacağını nəzərə alsaq, Avropa İttifaqının yenə də, ən azı 120 trillion kubmetr təbii qaza ehtiyacı qalacaq. Bunu isə, İran və Orta Asiyanın enerji resurslarının hesabına, nəzəri baxımdan kompensasiya etmək mümkündür. Amma bunun üçün yeni ixrac boru kəmərlərinə ehtiyac duyulur”. E.Mirzəbəyli qeyd etdi ki, İran daha əvvəllər “Türk axını”, həmçinin Ermənistan və Gürcüstan ərazisindən keçməsi nəzərdə tutulan, amma gerçəkləşməsi mümkün olmayan “ilğım-kəmər” vasitəsilə Avropa bazzarına təbii qaz çıxarmaqda maraqlı olduğunu bildirib: “Amma nəzərə almaq lazımdır ki, “Türk axını”nın sahibləri Türkiyənin “BOTAŞ” və Rusiyanın “Qazprom” şirkətləridir, Ermənistanın qaz şəbəkəsi isə tamamilə Rusiyaya məxsusdur, o zaman sözügedən istiqamətlərdən İran qazının məqli real görünmür. Digər tərəfdən, Rusiyadan qaz asılılığından xilas olmaq istəyən Avropanın özünün İrandan asılı vəziyyətə salacağı inandırıcı görünmür. Hazırda Avropa İttifaqı enerji dəhlizlərinin maksimum diversifikasiyasında maraqlıdır və İran qazı, razılaşma əldə olunacağı təqdirdə, müəyyən qədər TAP vasitəsilə, müəyyən qədər isə sıxılmış şəkildə Avropaya ixrac oluna bilər. Bu da, ən yaxşı halda illik 20 milyard kubmetr təşkil edə bilər”.

Analitik vurğuladı ki, hazırda İranla aparılan danışıqlarda sıxılmış qazın Avropaya ixracı üstünlük təşkil edir: “Qeyd edim ki, İran Milli Neft Şirkəti (National Iranian Oil Co) bu ilin mart ayında sıxılmış qaz terminallarının inşası ilə bağlı tender elan edib. Daha öncə icra edilən 8 layihə isə İrana tətbiq edilən sanksiyalar səbəbindən dayandırılıb. Onlardan üçü – “Pars LNG”, “Persian LNG” və “İran LNG” çox böyük layihələrdir və Fransanın “Total”, Böyük Britaniya və Niderlandın “Shell”, Almaniyanın “Linde” şirkətləri tərəfindən icra edilirdi və daha öncə qeyd etdiyim kimi, sanksiyalar görülən işlərin başa çatdırılmasına imkan verməyib. Lakin “Bloomberg”in yaydığı son məlumatlardan birində layihələrin təxminən 80%-nin icra edildiyi və sanksiyaların qaldırılacağı təqdirdə, sadaladığım son 3 layihə də daxil olmaqla bütün terminalların hazır vəziyyətə gətirilə biləcəyi qeyd olunur”.

Siyasi şərhçi güman edir ki, çox güman Rusiyanın xarici işlər nazirinin də İrana səfərinin mövzularından biri məhz təbii qazla bağlı olub: “Moskva Avropanın bütün alternativlərinin qarşısını almaq niyyətindədir”.

Sevgiləri tükənməzdir

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov Musavat.com-a açıqlamasında təmaslara başlanılmasının gözlənilən olduğuna diqqət çəkdi: “Nəzərə almalıyıq ki, ABŞ-İran danışıqlarında hansısa yeniliklər gözlənilirdi. Əvvəla ona görə ki, Trampdan sonra hakimiyyətə Bayden gəldi və demokratlar respublikaçılardan fərqli olaraq İranın potensialından istifadə etməyi həmişə mümkün hesab ediblər. Bundan başqa ABŞ-dakı yeni hakimiyyətin İran siyasəti bir çox məsələlərlə əhatə olunur:1) ABŞ Şimali Koreyadan sonra ikinci bir nəzarətdən çıxan nüvə məkanı istəmir. Qərbi nüvə arsenalı ilə təhdid edən İran ABŞ-ın Avropadakı hegemoniyasını zədələyir. 2) İranın nefti və təbii sərvətləri Qərbin marağındadır həmişə. İslam inqilabından sonra İrandakı rejim Qərblə açıq formada hansısa geniş miqyaslı ticari əməkdaşlıqdan yayınır. 3) Qərbin enerji təchizatında allternativ coğrafiyalar axtarışı indi prioritetdir və İran burada vacib rol oynaya bilər. 4) Güclənən Çin iqtisadi təsirləri İranı Çinlə yaxın əlaqələrdən ayırmaq üçün Qərbi hərəkətə gətirir. 5) Pandemiyanın davam edən fəsadları, Rusiyanı bu fəsadlar fonunda qlobal qida böhranının səbəbkarı göstərmək planı da İranla əlaqələri gücləndirmək üçün ABŞ-a bəhanələr verir”. T.İsmayılovun sözlərinə görə, bilməliyik ki, hazırkı geopolitik savaşda Rusiyaya qarşı nə qədər hərtərəfli sanksiyalar tətbiq edilsə də iki siyasi hədəf də aydın görünür: “Birincisi ,Çin və İran yaxınlaşmasını tam əngəlləmək, ikincisi, Rusiya ilə İranın münasibətlərini bacardıqca korlamaq. İran nefti dünyaya çıxarılsa, Rusiya İran münasibətlərində indiki dövrdə tarixi çatlar ərsəyə gələ bilər”.

Ekspert qeyd etdi ki, bundan əvvəl rəsmi Bakı dəfələrlə NATO-Rusiya danışıqlarında vasitəçi olub: “Son aylarda ABŞ-ın Azərbaycana böyük marağı da goz önündədir. Hesab edirəm ki, yaxın gələcəkdə Bakı ABŞ-İran danışıqlarında mühüm vasitəçi ola biləcək”.

Yeri gəlmişkən, uzun illər anti-İran koalisiyasında yer alması üçün Azərbaycana təzyiqlər olub, ancaq dövlətimiz öz ərazisindən digər dövlətə qarşı, o cümlədən qonşular əleyhinə istifadə edilməsinə yaşıl işıq yandırmayıb. Bir sıra hallarda Azərbaycan dövlətinin bu, prinsipial mövqeyini unudan, onu lazımi şəkildə dəyərləndirməyənləri də görmüşük. Amma istənilən halda, ABŞ-İran münasibətlərində yeni münasibətlərə başlamaq cəhdi rəsmi Bakının nə qədər doğru-dürüst siyasət sərgilədiyini bir daha təsdiqləyir. Hətta nəticəsi olmasa belə, ABŞ və İran arasında ən pis danışıq belə, müharibədən yaxşıdır...

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR