İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevdən daha bir qardaşlıq nümunəsi: Türkiyədə "Azərbaycan küçəsi" yenidən QURULACAQ

1560 19.04.2023 14:10 Gündəm A A

Azərbaycan Prezidenti İlham Əliyev Kahramanmaraşın "Azərbaycan küçəsi"nin yenidən qurulmasına 100 milyon dollar ayırıb.

Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Mövzu ilə bağlı açıqlama verən Azərbaycan Milli Məclisinin sədr müavini Adil Əliyev “Türkiyənin sağlığı bizim sağlığımız, inşaatı bizim işşatımızdır” deyib.

Xəbərdə qeyd edilir ki, Türkiyə Kahramanmaraşda baş verdən dəhşətli zəlzələnin yaralarını sarmağa davam edir. Elə bu əsnada Türkiyəyə qardaş ölkə Azərbaycandan daha bir yardım gəldi. 50 mindən çox insanın ölümünə səbəb olan fəlakətin baş verdiyi gündən öz maddi və mənəvi dəstəyini əsirgəməyən Azərbaycan indi də yenidənqurma işlərinə görə Türkiyəyə 100 milyon dollar göndərib. Bu yardımın Kahramanmaraşda yerləşən Azərbaycan küçəsinin yenidən qurulmasına sərf ediləcəyi bildirilir. 

Adil Əliyev: “Azərbaycan beynəlxalq siyasi-intellektual mərkəzə çevrilib”

Adil Əliyev

Türkiyə-Çin Biznesin İnkişafı və Dəstək Dərnəyinin təşkil etdiyi iftar yeməyində çıxış edən Azərbaycan Milli Məclisinin sədr müavini Adil Əliyev "Prezidentimiz Kahramanmaraş üçün 100 milyon dollar ayırıb. "Azərbaycan küçəsi"nin yenidən qurulmasına dəstək verəcəyik" , - deyə bildirib.

Adil Əliyev bundan başqa qeyd edib ki, yardımlar tək Kahramanmaraşla yekunlaşmayacaq: "Oranı bizə səlahiyyətlilər göstərdi. Amma biz digər vilayətlərə də yardım edəcəyik. Yalnız Kahramanmaraş üçün verəcəyimiz dəstəyin məbləği 100 milyon dollardır".

Toğrul İsmayıl,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR