İnsanlara hürriyət, millətlərə istiqlal!

İsmayıl Haniyə dəfn olundu - VİDEO

506 02.08.2024 18:24 Dünya A A

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bu gün Qətərin paytaxtı Dohanın şimalında dəfn edilib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Azad İran” telegram kanalı yayıb.

Qeyd olunub ki, İsmayıl Haniyə Lusail şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Qətər kral ailəsinin üzvləri və Haniyənin öz ailə üzvləri, rəsmilər, o cümlədən İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref və Türkiyənin xarici işlər naziri Hakan Fidan iştirak ediblər.

Xatırladaq ki, HƏMAS lideri iyulun 31-də Tehranda İran prezidentinin andiçmə mərasimindən sonra öldürülüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR