"Əmrah Bakıya idman geyimində gəlib, hava limanından səhnəyə çıxdı".
Bu sözləri aparıcı Vüsalə Əlizadə verilişində deyib.
Aparıcı türkiyəli ifaçı Əmrah və Çelikin Bakıda konsert zamanı tamaşaçılara hörmətsizlik etdiyini bildirib:
"Yandım, töküldüm ki, o gündə səhnəyə çıxdı. Ona beş qram hörmətim var idi, yerlə-yeksan oldu. Nə ixtiyarla mənim xalqımın qarşısına küçədə geyindiyin geyimdə çıxdın? Başqa yerə kostyumda gedirsən. Hörmət etməlidir hər kəs.
Hələ uşaqlıqdan sevdiyimiz Çelik bu yaxınlarda gəldi, biganə yanaşma, tərbiyəsiz yanaşma. Xanımı itələyir, hələ şərhə cavab da yazırdı". (Axşam.az)






