İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu – “Hər matçın sonunda göz yaşı vardır…”

988 11.07.2026 11:58 Foto fakt A A

Bu şəkildəki futbolçu Belçika millisinin və Madrid “Real”ının qapıçısı Tibo Kurtuadır. O, ağlayan ulduzlar mundialına dönmüş çempionatda komandasının İspaniya yığma komandasına 1:2 hesabıyla uduzmasına görə ağlayır.

İspaniya millisi onun komandasından güclüydü, qələbəyə layiq idi. Tibonun komandası bu oyunla ispanlara qalib gələ bilməzdi, hələ vurduqları qol da şans əsəriydi. İspanlar o zərbələrdən T.Kurtuanın qoruduğu qapıya 7-8 dənə vurmuşdular, qol olmamışdı.

Tibonun üzüntüsü buna görə deyil. Qrupdan çıxaraq növbəti mərhələyə adlayan istənilən komandada “çempion ola bilərik” düşüncəsi əmələ gəlir, iştah qabarır, ağız sulanır, bir gün məğlubiyyət acısı yaşayanda isə ağız suyu göz yaşına çevrilir.

Əvvəlcə Neymarı, sonra Ronaldonu, dünən gecə Kurtuanı ağladan məhz bu idi: umsuq olmaq, əldən çıxmış kubok, arzuların daşa dəyib çiliklənməsi.

Nə edəsən, məşhur türk şarkısının “hər aşkın sonunda göz yaşı vardır, axar damla-damla, sel olar, gedər” misraları futbol matçları üçün də keçərlidir, artıq hər matçın sonunda göz yaşı görünür. Uduzanlar ağlayır, udanların bir dombalaq aşmadığı qalır.

Düzdür, Misirlə oyundan 3:2 hesablı qələbə ilə ayrılan Lionel Messi də kövrəlib, ağladı, amma onun bu emosional ovqata qapılması çətin əldə olunan qələbə sevincindən idi. Misir seçməsinin müdafiəçiləri son 10 dəqiqədə bir az diri oynasaydılar, Messi sevincindən yox, qəhrindən ağlayacaqdı.

Hələ Tibo şükür etsin ki, onu 71-ci dəqiqədə əvəzləyən Senni Lammensin gününə düşmədi.

tibo-2.JPG (47 KB)

Əslində bu da maraqlı, unikal fotodur, bir şeylər yazmaq olar. Amma bu pozaya salınmış qapıçının çəkdiyi özünə bəsdir. Merino isə şanslı oyunçudur, son dəqiqələrdə oyuna çıxır, qolunu vurur, gedir.

Belə görünür ki, bu axşam da ya Harri Keyn, ya da Erlinq Haaland ağlayacaq. Hərçənd onlarda şimal soyuqqanlılığı var, özlərini möhkəm tuta, ağlamaya bilərlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR