İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu – “Bunu belə bilməzdim, möhkəm oğlandır”

1849 08.07.2026 19:43 Foto fakt A A

Bu şəkil Ankara,da NATO-nun sammitində çəkilib.

ABŞ prezidenti Donald Tramp sammit çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. İki prezident jurnalistlər üçün brifinq keçirib, onların suallarına cavab veriblər.

Hamıya barmaq tuşlaya-tuşlaya danışmağa vərdiş etmiş Trampın Zelenskiyə tuşladığı barmaq bu dəfə hədə səciyyəli deyil.

ABŞ prezidenti bu dəfə Zelenskini təqdir edib, tərifləyib. Özü də dəfələrlə.

Keçən ilin əvvəlində Tramp və vitse-prezident Ceyms Devid Vensin oval ofisdə Zelensinin üstünə, yumşaq desək, hücum etmələrindən fərqli olaraq, bu dəfə tərəflər yaxşı anlaşıblar.

 

nattraz.JPG (38 KB)

Heç Zelenskinin görüşə yenə mülki kostyum-qalstukda gəlməməsi də müzakirə və ya sancma predmeti olmayıb. Onlar müharibədən sonrakı Ukraynanı inkişaf etdirməkdən, ölkənin böyük potensialından istifadə etməkdən danışıblar.

Bu dəfə Zelenski də məmnun görünür. Təriflənmək həmişə xoşdur. 

efba0024aeef10c5a650423528370775.jpg (106 KB)

                                         Keçən dəfə isə belə olmuşdu

Ancaq Tramp hərbi aqressiyaya məruz qalan Ukrayna ilə onun ərazisinin 20 faizini işğal altında saxlayan Rusiya arasında yenə bərabərlik işarəsi qoyub. Sanki Putin və Zelenski "parkda dalaşan uşaqlar"dır və Tramp onları qabaq-qənşər qoyacaq, danlaya-danlaya barışmağa vadar edəcək.

Belə görünür ki, son həftələrdə Ukrayna ordusunun Rusiyanın dərinliklərindəki strateji obyektlərə, o cümlədən neft emalı zavodlarına effektiv zərbələri, bir neçə günün içində çox sayda Rusiyaya məxsus tankerləri vurması Trampda müəyyən məmnunluq yaradıb.

Bəlkə də axırıncı görüşlərində Putin özünü ötkəm aparıb, maksimalistlik edib, Trampın şərtlərini yaxın qoymayıb, ona görə də Rusiyanın bərk vurulmasını müşahidə edən Tramp düşünür ki, nə olmasa da, bu zərbələr Kremlin köpünü bir az yatırdacaq.

Tramp Ukrayna və Zelenskiyə dron istehsalına görə heyranlıq ifadə edib və deyib ki, ABŞ Ukraynadan dron alacaq.

Görün, iş haradan haraya gəldi. Keçən il “sizə silah verməyəcəyik” deyən Tramp bu il “sizdən silah alacağıq” deyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR