İnsanlara hürriyət, millətlərə istiqlal!

Günəşdə təhlükəli ləkələr aşkarlandı

390 13.02.2024 04:14 Dünya A A

Astrofiziklər tərəfindən Günəşdə nəhəng ləkələr yığıntısı aşkar edilib. Bu ləkələr güclü Günəş partlayışı təhlükəsi yarada bilər.

Bu barədə “Spaceweather.com” portalı məlumat yayıb.

NASA-nın Marsda gəzən “Perseverance” aparatı AR3576 geniş gün ləkələri qrupunu ilk dəfə olaraq ötən həftə aşkarlayıb, “MASTCAM” kamerasının köməyi ilə onun şəklini çəkib. Bu ləkələr azı 150 min kilometr uzanır və dörd tünd nüvəyə malikdir, onların hər biri Yer kürəsindən böyükdür. Onları Günəş tutulmasını müşahidə etmək üçün istifadə olunan adi eynəklə görmək mümkündür.

Müşahidələr göstərir ki, AR3576 mürəkkəb maqnit strukturuna sahibdir. Qrupun mərkəzi hissəsində müsbət və mənfi qütblər o dərəcədə sıx yerləşib ki, güclü Günəş partlayışlarını törədə biləcək maqnitli güc xətlərinin qapanma təhlükəsi var.//Axar.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR