İnsanlara hürriyət, millətlərə istiqlal!

Göyçayda çinar aşdı və avtomobili bu hala saldı - VİDEO

686 17.06.2026 11:34 Hadisə A A

Göyçay şəhərində irigövdəli çinar ağacı avtomobilin üzərinə aşıb.  

Musavat.com xəbər verir ki, hadisə şəhərin Əli Kərim küçəsində qeydə alınıb.

Məlumata görə, yol kənarında yerləşən nəhəng çinar ağacı qəfil aşaraq yaxınlıqda park edilmiş minik avtomobilinin üzərinə düşüb. Nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisə zamanı avtomobildə və ətrafda insanların olmaması mümkün faciənin qarşısını alıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, ağacın qalıqlarının götürülməsi və yolun açılması istiqamətində tədbirlər görülüb.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR