İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə 14 yaşlı yeniyetmə naməlum səbəbdən vəfat etdi

462 08.01.2023 16:13 Hadisə A A

Gəncədə kirayədə qalan yeniyetmə naməlum səbəbdən ölüb.

Musavat.com “qafqazinfo”ya istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü Qusar rayon sakini Elnur Ulubəyovun qəflətən halı pisləşib.

O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Lakin onun xəstəxanaya gətirilərkən artıq öldüyü məlum olub.

Yaxınları yeniyetmənin qızdırması olduğunu bildiriblər.

Qeyd edək ki, E.Ulubəyov Gəncədə kirayə qalırmış.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR