İnsanlara hürriyət, millətlərə istiqlal!

G7 liderləri Putini ələ saldılar – Elxan Nuriyevlə “Canlı debat”

790 27.06.2022 13:30 Gündəm A A

“Biz Putindən daha sərt olduğumuzu göstərməliyik”

Ötən gün Almaniyada baş tutan G7 Sammitində maraqlı anlar yaşanıb. Rusiyanın işğalçı siyasətinə qarşı birlik mesajı verən G-7 liderləri fotesessiya zamanı Vladimir Putinin “maço” hərəkətlərini ələ salıblar.

“AzPolitika.info” beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, G-7 liderlərinin bəziləri pencəklərini, qalstuklarını çıxarıb, köynəklərinin düymələrini açaraq, Putinin bir neçə il öncə at üzərində çəkdirdiyi yarı-çılpaq fotolar üzərindən onu ələ salıblar.
Məlumatda qeyd olunur ki, fotosessiya zamanı Böyük Britaniyanın baş naziri Boris Conson digər həmkarlarından pencəklərini çıxarmaq və ya soyunmaq lazım olub-olmadığını soruşub.

Kanadanın baş naziri Castin Trüdo isə “ata minəcəyik?” deyə sual edib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə ona cavabında bildirib ki, “Bəli, at sürmək yaxşı fikirdir”.

Daha sonra Consonun “Biz Putindən daha sərt olduğumuzu göstərməliyik, gəlin ona əzələlərimizi göstərək” deməsindən sonra liderlər gülüblər.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Kiyevdən canlı skayp bağlantısı ilə polkovnik Elxan Nuriyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR